.:: YARPAQLAR ::.

22.01.2016

400 İllik Bir Türkcə Tib Kitabı: Ənmûzəcüttib


Ənmūzəcü't-Tıbb = انموذج الطب

(Tibbiŋ Örnəўi)
Ənmûzəcü't-Tib, 1b-2a


Tib alaŋında Türkcə öŋəmli bir əsər.

  • Yazarı: Həkim Əmir Çələbi (Türk həkimi: Ədirnə ? - Nizip 1638) 
  • Yazılış: İslambol, H. 1034 (1625) 
  • Dili: "Türkī-i Rūm" 
  • Tutar: 10+383 yarpaq (23 sətir, Nəstə’liq yazısıyla) 
  • Bölümləmə: 357 bāb 
  • Saxlanıldığı Yer: İstanbul, Süleymaniye Kütüphanesi - Mihrişah Sulan 342 



Daha yayınlanmamış olan bu yazma tib tarixi baxımından dəўəriniŋ yanında Türkcə sağlıqbilimi adlamalrını öўrənməmiz baxımından da eşsiz bir əsərdir. Yazar birçox Ərəbcə-Farsca başlıq ardınsan “Türkîsi …” ya da “Türkçə … derlər” deyə Türkcə qarşılığı yer vermişdir.
Ədirnə və Qâhirə'də öўrənim görən və həkimbaşılığına dək yüksəlib IV Murad tərəfindən afyon qullandığı üçün üzərində bulunan bütün afyon biləsinə uddurularaq öldürülən Əmir Çələbi'niŋ başyapıdı olan Ənmûzəc üt-Tib dışında Nəhcətü't-Tıb (Tibbiŋ Yolu) və Ğərîbül'Həkîm (Olağanüstü Həkim) adlı əsərləri də vardır.
Kaptanıdərya Rəcəb Paşa adına yazdığı Ənmûzəcü't-Tib sağlıqbiliminiŋ dəўəri və gərəўi aŋladan öŋsöz və tibbiŋ necəliўini incələyən bir bölümlə başlar, qısaca verilen təşrih (dilgiləmə, anatomy) bölümündən soŋra əlifba sıralamasıyla yeyəcəkləriŋ özəllikləri irdələnir. ardından alızlıqlar ve tədâviləri yer alar.
Əmir Çələbi, əsərini öz gözləmləriniŋ sonuclarına dayanaraq meydana gətirdiўini söylər. Tapşırıq edilən dərmanlarıŋ çoxu bitkisəl və doğal ürünlərlə əldə edilməkdəydi.
“Tibbiŋ Örnəўi” Türkcəniŋ târixdə bir bilim dili olaraq işlənişinə tanıqlıq edən taysız bir örnək olduğu üçün artıqlama bir öŋəm və dəўər daşımaqdadır.


İÇƏRİK:
- Fehrist: I-VII
- Dîbâçə: 1a-5a
- Müqəddimə (Tib biliminiŋ üstünlük və ərdəmi): 5b-7a
- İlm-i Tib Bəyânında: 7b-13b
- Qəvâid-i İlm-i Tibb: 13b-47b
- Təşrîh-i Ə'zâ-i İnsânî (dilgiləmə): 47b-67b
- Əğziyyə (əlifba sırasıyla bəsinlər): 67b-106a
- Əmrâz və Mu'âləcât (alızlıqlar və əmləmələri): 106a-365b
- Nətîcətü't-Tibb (özətləmə): 366b-383b
Ənmûzəcü't-Tib, v. 2b-3a, "səbəb-i tə'lîf"

Ənmûzəcü't-Tib'də İşlədilən Sağlıq Eyimlərindən Örnəklər: 
Ağrı = درد
- Ağızağrısı, Başağrısı, Belağrısı, Boğazağrısı, Dişağrısı, Gözağrısı, Kögüsağrısı, Qulaqağrısı, Yürəkağrısı, Siŋir ağrıları, ...
Aqındı = سیلان مخاطی
Arıq = لاغر
Bayılmaq = غشی، بیهوش شدن
Bəŋiz = رنگ رو
Bərtik = ضرب دیدگی
Bərtinmək = وَثیٰ
Bəz = غُدّه
Bögrək = کُلیه
Bögrülcə = لوبیا
Çıban = قرح، دُمَل
Çığıd = ابرش، ککمک
Çıqıq = وَثیٰ
Çiçək = جُدری، آبله
Çigid = Çığıd?
Çil = طیهوج
Çürükli diş = دندان کرمو
Dalaq = طحال
Damzırmaq = چکاندن
Danq = (یک ششم (درهم/حصه
Dəbəlik = فتق
Dəŋizköpəgi = زبدالبحر
Dilçək = زبانه
Dolab = دوّاره
Doŋuzbalığı = خنزیرالبحر
Doŋuzlan böcəgi = خنفسا
Gəbə = حامله
Gəŋiz = مسیر بینی
Gicik = حِکّه
Gicimək = Gicişmək = مبتلا به خارش شدن
Günaşırı = یکروز در میان
Isırğı (TT. yılancık hastalığı) = نمله
Islamaq = خیساندن
İçyağı = پی
İriŋ(li) = قیح، جراحت
İsitmə = مالاریا
İssimizaclu = گرم مزاج
İtdirsəgi = شَعیره
Kəmük = استخوان
Kiməsnə = şəxs - شخص
Köŋül dönməsi = تهوع
Köŋlüdöndürücü = تهوع آور
Qabarcıq / Od göynügü = جمره
Qangetmə = خونریزی
Qaplubağa = لاک پشت
Qasıq = کشاله ران
Qatmaq = خَلط
Qavuq = مثانه
Qızamıq = حصبه، سرخک
Quduz = هار
Qurd = کِرم
Qurdyemiş = کِرم خورده
Qursaq = معده
Quyruqsoqumu = دنبالچه
Nəsnə = şey' - شیء
Oğlan = اولاد
Oğlancıq = پسرك
Oğlan soŋu = مشیمه؟
Oğlanyatağı = رحِم
Omacabaşı = وَرَک، استخوان سرین
Oŋulmaq = شفا یافتن
Oŋultmaq = شفا دادن
Oŋulmaz yara(lar) = شفا ناپذیر
Oŋurğa = ستون فقرات
Öksürük = سرفه
Sağır = کَر
Sağırlıq = طَرَش، کَری
Sancmaq = تیر کشیدن
Sancı = دلپیچه
Səmürdici = چاق کننده
Səmürtmək = چاق کردن
Səmüz = چاق
Sıçanotu = بصل الفار
Sınıq = شکستگی
Sınmaq = کسر
Sırça = شیشه
Siŋir = عصب
Sülpük = مسترخی
Sülpümək = استرخاء
Sülük = زالو
Sürmə = کحل
Şiş = ورم
Təmərgü (Az. T. dəmrov)= قوبا
Toplaq = سُعد
Uyxusuzluq = بیخوابی
Uyluq = فخذ، ران
Uyuşmaq = بیحس شدن
Uyuşuqluq = بیحسی
Uyuz = جَرَب
Yaqı [Yaxı] (eyləmək) = پُماد، طِلا
Yemişsuyu = مطبوخ فاکهه
Yoğurmaq = مزج، امتزاج
Yüklü = حامله
Yürəkoynaması = ضربان قلب

Ənmûzəcü't-Tib, 265b-266a, Hummâ

© T.A.

Hiç yorum yok:

Yorum Gönder