9.05.2022

Yapraq mı, Yarpaq mı?!

Bugün Azərbaycan Türkcəsi yazı dilində (özəlliklə XIX. yüzildən bəri) və ağızlarının hardasa hamısında -rp- biçimində olan səs öbəkləri daha öncəki dönəmlərdə (Əski Türkcə və Orta Türkcədə) -pr- biçimində idi:

  • Körpü <Orta Oğuzca "köprü" <Əski Türkcə "köprüg"
  • Torpaq <Orta Türkcə "topraq"
  • Yarpaq <Orta Oğuzca "yapraq" <Əski və Orta Türkcə "yapurğaq/yalpurğaq"
  • Tərpənmək <Əski Türkcə "təprənmək"
  • Kirpik isə Orta Oğuzca "kirpük" / Əski Türkcə elə "kirpik" idi (Özbəkcə/Kərkük "kiprik").

Bu səs olayı çıplaq>çılpaq, tütsü>tüstü, yemlik>yelmikilgərü>iləri>irəli sözcüklərində olduğu kimi bir köçüşmə (metatez) olayıdır.


Dolayısıyla:

  1. Yarpaq/torpaq biçimi yanlış deyil, çağdaş/yenicil (neologist) biçimdir.
  2. Yapraq/topraq klassik mətnlər bağlamında orijinal biçim olaraq varlığını qorumalıdır. 
  3. Bu ikili biçimlər arasında hansısa bir anlam fərqi yoxdur.
  4. Bu ikili biçimlər kökən olaraq da ayrışdırılabilməz. Çağdaş -rp- biçimləri, əskicil (arxaik) -pr- biçimlərinin doğal dəvamından başqa bir zad deyildir. 
  5. Eləcə kökən olaraq yarpaq <*yar-, topraq <*top+, körpü <*kör kimi varsayımlar kökündən yanlışdır. 


Kökənbilgisinə gəlincə:

- Kirpik ilə kirpi arasında bağlantı quranlar vardır. 

- Topraq <*topra- (quruyub tozlaşmaq) kökünə bağlanır. 

- Yapraq <ya[l]p-ur- (örtmək, qaplamaq) kökünə bağlanır.

- Köprü(g) <köp-ür- kökü ilə bağlantılı olabilər.



Dīvānu Luğāti't-Türk, s. 466 / 11-12:

"یَبُرْغَاق هُوَ وَرَقُ الشَّجَرِ و کَذَلِک اَوْرَاقُ الکِتابِ یُسَمَّی یَبُرْغَاق"

(Yapurğaq: Ağacın yarpağı. Eləcə kitabın yarpağı/vərəqi də "yapurğaq" adlandırılar)




©T.A.

Hiç yorum yok:

Yorum Gönder