Tehran'da Kitābxānə-i Məclis-i Millī'də saxlanılan 210792 №'lu toplu sözlük içində yer alan, Köçdən 878 / Doğuşdan 1473 ilində yazılmış olan Tuḥfətu'l-İxvān adlı Farsca-Türkcə qarşılıqlı sözlükdə [yarpaq: 178b/179a] Türkcə ay adları qarşılıqları belə verilmişdir: İlçağ (mövsüm) adlarına 'ilk-orta-soŋ' öŋlükləri əklənərək doğal və qullanışlı bir ay adı düzgəsi qurulmuşdur. İlçağ adları üçün bugün Azərbaycan'da yaşadığı kimi 1-ci fəsil "yaz", 2-ci fəsil "yay", 3-cü fəsilsə Anadolu'da yaşadığı kimi "güz" deyə adlandırılmışdır.
I. Yaz Ayları (ماههای بهار):
[1] Fərvərdīn (فروردین) = İlkyaz Ay*
[2] Ordibəhişt (اردیبهشت) = Ortayaz Ay
[3] Xurdād (خرداد) = Soŋyaz Ay
II. Yay Ayları (ماههای تابستان):
[4] Tīr (تیر) = İlkyay Ay
[5] Murdād (مرداد) = Ortayay Ay
[6] Şəhrīvər (شهریور) = Soŋyay Ay
III. Güz Ayları (ماههای پاییز):
[7] Mihr (مهر) = İlkgüz Ay
[8] Ābān (ابان) = Ortagüz Ay
[9] Āz̄ər (آذر) = Soŋgüz Ay
IV. Qış Ayları (ماههای زمستان):
[10] Dəy (دَی) = İlkqış Ay
[11] Bəhmən (بهمن) = Ortaqış Ay
[12] İsfənd (اسفند) = Soŋqış Ay
Bu qaynaqda "Yūnān dilincə aylarıŋ adların bildirir" deyə Rum ay adları qarşılığında da sırayla eyni Türkcə adlar verilmişdir:
Yaz: Āz̄ər, Nīsān, Əyār
Yay: Hazīrān, Təmmūz, Āb
Güz: Əylūl (Eylül), Təşrīn-i Əvvəl, Təşrīn-i S̄ānī
Qış: Kānūn-ı Əvvəl, Kānūn-ı S̄ānī, Şubāṭ.
İlçağ adına dayalı olan bu doğal adlandırmalar günümüzdə də Günəş'ə dayalı çağlandırmada (Şəmsî çağlıq qarşılığında) işlədiləbilər: 11 İlkyaz 2010'da/1389'da = 2010 ili İlkyaz'ıŋ 11'ində; Bir soŋqış** günü; Ortagüz'dən (Ortagüz Ayı'ndan) bəri…
__________
* Nüsxədə yaŋlışlıqla 'orta' yazılıb.
** Yaşanılan bəlirli bir aydan və ilaydan söz edilirkən ay adı böyük hərflə başlar, geŋəl olaraq hər hansı bir ay isə kiçik hərflə. Ay adı bitişik yazılar.
© T. A. - 2015
Hiç yorum yok:
Yorum Gönder