Ələşdiri * Quram etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Ələşdiri * Quram etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

27.08.2013

جامعه‌شناسی زبان: سیاستهای مخرب یکسان‌سازی زبانی در دورهء دولت-ملت ایران از زبان دکتر باطنی

Dr. Bâtini:
İran'da "Gûyiş" (dialect) adıyla yerli dillər yox sayılmağa çalışıldı…

Dilbilimçi Dr. M. R. Bâtini'niŋ (İsfahan: 1934 doğumlu) Toronto'da Alternate Dream Productions Inc. bünyəsində gerçəkləşdirdiy̌i "Dil Toplumbilimi" dərsləri sırasında "dil-şîvə-deyələk-dilçək" tanımlarında İran'da Fərhəngistan (Fars Dili Qurumu) öŋçülüy̌ündə başladılan və döwlətcə rəsmi siyâsətə çevrilən yerli dilləri yoxsayma və Farsca'nıŋ bir deyələy̌i kimi göstərmə tutumunu sərt bir dillə ələşdirir. Güz 2012'dəki bu söhbətiŋ yayılması İran'dakı Farsca-dışı dilləriŋ acınacaqlı durumu qonusunda bir diyaloq qapısı açılması bâbında uyğun görünür.
Özəlliklə İran'da ağarası (İnternet) bağlantılarıŋ düşük xızda olması nədəniylə birsıra dostlarıŋ istəy̌i üzərinə bu dərs-danışığıŋ başlıca yeriniŋ mətni buraya köçürülür:

2.06.2011

Ədəbiyyatımızda Yerlilik və Evrənsəllik


http://azyurd.com/news.php?extend.272
80-lərdə roman öldü deyə Batı yasa hazırlanarkən gözbağılayıcı Latın Ameriкalılarıŋ “Büўülü Gerçəkçilik” devi oyandı və yerli kültürüŋ evrənsəlləşməsiylə ədəbiyyata yeŋi bir rəngli dünyanıŋ qalaqapısını açmış oldu.
Mən həmişə Güney Azərbaycan’da gəlişən çağdaş ədəbiyyatıŋ birçox açıdan Güney Ameriкa yaradıcılığıyla bağdaşdığını düşünmüşəm: Şamanist kültürüŋ təzâhürləri, əski-yeŋi qatışımı, dəb-gələnək calaşması, güclü yerli kültür və sözlü-mitolojik zəmin, kültürlərarasılıq, bilinc qopuqluğu və sürəkli sorunluluq, sömürgəçilik, ülküsəl devrimçilik, doğaçılıq və yersəllik vb. 
Soŋ dönəmdə yerli ədəbiyyatımızıŋ baramasını yırtma çabalarına tanıqkən bu sorulara yanıd aramamız gərəkdiўini düşündüm:
Ədəbiyyatımız yerlilik sınırlarını haçan və necə aşabiləcək? Toplu bilinciŋ oluşmuş olmasına qarşın hələ də bildiklərimizi özümüz deyib özümüz mü eşidəcəўik?
Bizim dünyaya söyləyəcəўimiz nə var? Bunuŋ bilincindəyik mi?
Adı kimi ərəmik Əcəm yazını kimi bizim yazın da mı ‘rəsmi’ sınırlar içində qalacaq?!...