Öykü etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Öykü etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

24.07.2008

KÖLGƏSİNDƏN QAÇAN ADAM

Toğrul ATABAY
(Yurdsuzluq, öykü toplusu II)


Şıdırğı yağış dəftər-dəstəўini yığışdırmağa məcbur etdi. Çizgili kağızlarını, istamp və qələm-dəftərini zipli gön çantasına toparlayıb qatlanan tənəkə masasını xiyavanıŋ qırağındakı qocaman ağaca dayadı. Qovluq çantasından kiçik 57 cığarasını çıxardıb alışdırdı. Yanıqlı-yanıqlı, ovurtlarıyla somurub, qoŋurlaşmış seyrək qaban dişləriniŋ arasından, tüstüdən saralan dən düşmüş dolu bığlarınıŋ altından müşk qoxan havaya ötürdü.

― Qarğış olsun! Cığara paramızı belə qazanmadan süftəmizi korladı.

“Dâdgâh-i İnqilab”ıŋ qarşısı ıssızlaşmışdı. Bugün bundan artıq gündəlik umanmayacağını sezərəkdən yağmuruŋ diŋməsini gözləməўə qoyuldu. Sarsaqca bir şəŋlik sızdı içinə. Əŋ çox sevdiўi və piyesini yazmaqda olduğu el mahnısı –Qaçaq Nəbi– içində çalınmağa başladı. Sağanaq yağış damlalarınıŋ ötüşməsi də qatıldı bu mahnıya:

MANQURD*


I

Ormanlar, dağlar, bozqırlar qəfəsə salınmış Ala Qurd’dan uzaqlaşdılar. Xırçın heyvan zincirlə bağlı ikən qəfəsdə qıvrılaraq vurnuxurdu. Yorulduğunda öfkə ilə, demir çubuqlarıŋ çevrəsini alan tutsaqçı kişilərə baxınırdı. Onlarıŋ gözü maraqla, qorxmaqsızın qıvraq, iri gövdəli ala qurda tikilmişdi.

Kişilərdən biri, cır və buyurucu səslə danışırdı:

― «Siz mənim peşəmi –vəhşi heyvanları həmilləşdirməўi– doğurdan öўrənmək istəyirsiŋizsə, “Ac qarnıŋ inamı omaz!” ilkəsini unutmamalısıŋız. Düşməniŋiziŋ qarnı siziŋ çörək yoluŋuzdur. Hər türlü ötkəmliўi ovmaq, hər inadı sındırmaq üçün əŋ kəsə yol!... Bu ala qurda baxıŋ: şişəўən bir yırtıcı canavardır. Özgürlüўünə güvənir; yürüş gücünə öўünür. Sakı, çox sürmədən dəўişib yumşacıq bir bəbə kimi uysallaşacaqdır!”

O –Aryan Bəў– dişlərini qıcırdıb loğaz üçün qurddan:

― «Görəsən sevgili qonağımız nə kefdə?!» deyə sordu.

Eləbil onuŋ dilini bilir; heyvan da onuŋ dilini aŋlayırdı. Ala Qurd xırıldayıb dar qəfəsdə, zinciriniŋ uzandığı qədər oyan-buyana vurnuxdu. Hürkünc, qorxunc səslər ilə qıvancsızlığını bildirdi. İki ayağı üstə qalxır, az qalırdı məftillər ardından izləyiciləri parçalasın... Bir sürə yad hərifləri hədələdikdən soŋra ağzı köpüklənərək susdu.