14.09.2008

“Ölülər gücsüz deўildir!”

"(...) Yoxoluşumuz çox uzaq olabilər; ancaq kəsinliklə birgün gerçəkləşəcək. Soŋ qızıldərili yox olub boyumuŋ (qəbilə) aŋıları ağ ağalar üçün bir târix olduğunda, bu qıyılar boyumuŋ görünməz sünələriylə (cəsəd) qaynaşacaq. Uşaqlarıŋızıŋ uşaqları özlərini bir dükanda, bir yolda, boş bir yerdə yalŋız olaraq düşündüўündə özülündə (əslində) yalŋız olmayacaqlar. Dünyanıŋ heçbir yerində bütünüylə ıssız bir yer yoxdur. Gecələri, şəhər və qasabalarıŋızıŋ xiyabanları boşalmış kimi görünsə də, özülündə, bir zamanlar oralarda yaşamış və bu gözəl torpaqları gerçəkdən sevən özütlərlə (ruhlarla) dolu olacaqdır. Ağ adam heçvaxt yalŋız qalamayacaqdır. Ağ adamıŋ mənim insanlarıma sayğı göstərməsini sağlamalısıŋız. Çünkü ölülər gücsüz deўildir! (...)"

Başqan Seattle

11.09.2008

İsa’nıŋ Sızıltısı: Azərbaycan Musiqisi

Dünyada əŋ çox satılan filmmusiqisi Azərbaycan temalarına dayanır…













Braveheart (Qurdürək: 1995), Apocalypto (Qiyâmət: 2006) kimi kinofilmləriŋ ünlü Avstralya kökənli ABD’li yönətməni Mel Gibson’uŋ Nasirə'li İsa'nıŋ yaşamınıŋ soŋ on iki saatını aŋladan və bütün dünyada səs salan Tutqu (İsa’nıŋ Çiləsi: The Passion Of The Christ, ABD: 2004) filminiŋ öŋəmli bölümlərində Azərbaycan musiqisi işlənmişdir. Filmiŋ bitim titrajında da başda “Azeri” qeydiylə suŋulan ‘soundtrack’ Göksel Baktagir və Yurdal Tokcan deyə iki Türk tərəfindən yazılıb îfa edilmşdir: Tutqu filminiŋ musiqisi John Debney tərəfindən düzənlənmişdir. Musiqi dəŋətçiliўi Peter Afterman, ək musiqi Jack Lenz’ə aiddir. Əsərdə ünlü musiqiçilərdən Shankar və Gingger qatqıda bulunmuşdur. 1966 Türkiyə-Qırxlareli doğumlu Göksel Baktagir ile birlikdə yorumladıqları ‘Azəri’ adlı əsəri Passion of Christ (Hz. İsa'nıŋ soŋ 12 saatı) filminiŋ müzikləri arasına girən 1966 Türkiyə-Ordu doğumlu O. Yurdal Tokcan, Cənnətiŋ Xanlığı (Kingdom of Heaven) adlı Hollywood filminiŋ müziklərində də icraçı olaraq yer almışdır. İsa'nıŋ çarmıxa gərilişi sırasında fondakı msuiqi bu əsərdir və Göksel Baktagir’lə Yurdal Tokcan birlikdə icra ediblər (gəlgörki sözdə Erməni musiqisi tanıdımı üçün əmcəўini təndirə yapan Türkiyə medyasından bir Taŋrı’nıŋ qulu da çıxıb bu olayı yazmamışdır!).

2.09.2008

Şahbeytlər: I

(Dərləmə-Çevriyazı: T. Ata)
“Avâzəyi bu ‘âləmə Dâvûd gibi sal;
Bâqî qalan bu qubbədə bir xoş sədâ imiş”
(Bâqî)
Gər mən mən isəm, nəsən sən ey yâr?
Və'r sən sən isəŋ, nəyəm mən-i zâr?
Hz. Füzûlî

Çıxarmaq etsələr təndən çəkib peykânıŋ ol sərviŋ
Çıxan olsun dil-i məcrûh, peykân olmasın Yâ Rəb!
Hz. Füzûlî

Mərhəm qoyub oŋarma, sînəmdə qanlı dağı
Söndürmə öz əliŋlə, yandırdığıŋ çırağı!
Hz. Füzûlî

Yâ ver baŋa mehnətimcə tâqət
Yâ tâqətim olduğunca mehnət!
Hz. Füzûlî

Öylə zə‘îf qıl tənimi firqətində kim
Vəslinə mümkün ola yetürmək sabâ məni...
Hz. Füzûlî

Nəvâî’dən Bir Rubâî


قورقوتمه مینی تاموغ‌دین ای زاهد یخ ٭ جنّت منکا بولغوسی دیبان اورمه زنخ
کیم دوزخ آنینک یادی بیله جنت ایرور ٭ جنّت باری سنینک بیله باردور دوزخ

____________________________________
Qorqutma mini tamuğdın ey zâhid-i yəx
(Qorxutma məni tamudan (cəhənnəmdən), ey buz zâhid!)
Cənnət məŋə bolğusı dibən urma zənəx
(“Cənnət məŋə olası” deyibən çənə vurma)
Kim dûzəx anıŋ yâdı bilə cənnət irür
(Çünkü tamu onuŋ yadı ilə cənnət olar)
Cənnət barı səniŋ bilə bardur dûzəx!
(Cənnət bütün səniŋlə cəhənnəmdir!)
*
(Dîvân; əlyazma, y: 221/b)

1.09.2008

ADI AŞQ…

Cihânı hiçə satmaqdur, adı ‘eşq
Döküb varluğı gitməkdür, adı ‘eşq

Əlində sükkəri ayruğa suŋub
Ağuyı kəndü yutmaqdur, adı ‘eşq

Bəlâ yağmur gibi gökdən yağarsa
Başını aŋa dutmaqdur, adı ‘eşq

Bu ‘âləm sanki oddan bir dəŋizdür
Aŋa kəndüyi atmaqdur, adı ‘eşq

Var, Əşrəfoğlı Rûmî, bil həqîqət
Vücûdı fânî etməkdür, adı ‘eşq!

Əşrəfoğlu Rûmî

Sükkər: şəkər
Ayruq: Başqa, ayrısı

Suŋmaq: təqdim etmək
Ağu: zəhr
Kəndü: öz(ü)
Aŋa: oŋa
Var: get!

SƏNSƏDİM (Sənsizlədim)!

Görməyəl’dən yüzünü bən key nigârım, sənsədim!
Âh u zâr ilə geçər bu rûzgârım, sənsədim!

Gül cəmâlıŋ gülşəniŋ gül gibi ‘ərz et baŋa ki
Bülbül-i şûrîdə-vâr —ey gül-‘izârım— sənsədim!

Göŋlümüŋ şəhrini kim vîrân edibdir zülm ilə?
Gəl yinə mə‘mûr qıl —ey şəhriyârım— sənsədim!

Söhbətindən vəsliŋiŋ, ayrı düşəl’dən ney gibi
Göklərə irgirmişəm fəryâd ü zârım; sənsədim…

Firqətiŋ yolunda bən topraq anuŋ-çün olmuşam
K’ilədə səndən yana yellər, ğubârım; sənsədim…

Gəl bərü cânım gibi iki cihânda sevgili
Səndən özgə yoxdurur ‘âləmdə vārım; sənsədim!

Bən —Hümâmî— düşmüşəm dərdiŋə nitəkim Süheyl
Qandasın dərmân, yetiş ey Nəvbahâr’ım, sənsədim!