10.11.2010

anonim sevgili

“dün dediŋ tərk et yolumda; məndə candır sən deyən
leyk bu cismim içində lâ-məkândır sən deyən
yâra sordum ki dəhânıŋ qonçadır yâ zərrədir
yâr aydur: mən nə bilim, bî-nişândır sən deyən…”
                                                                - Şah Xataylı

Gözlərimdə ot bitdi…
Boşluğunda quruntular bağdaş qurmuş
qâzî deўilsən, itkinsən;
“məfqûdü’l-əsər”sən:
                            sin daşıŋ belə yox!
                                               ki yas-la-nım…
yaşamadığıŋ üçün
                   şamıŋı da yaxabilmədim, ağıdıŋı da
ağacıŋ budağında bir düўün diləksən
adıŋ yox, sanıŋ yox
varlığıŋdan bir salıq yox, yoxluğundan bir duyum yox
huzur da yox, hüzür də
ilkçağdakı ruhlar şöləni’ndə aşqınlıqdan əsrikdik,
mənliksiz bizdik, bilincsizdik
və bəŋizsizdiŋ hələ…
gizli bilgi kimisən yaddaşımda
olmadığıŋ üçün ölümsüzsən
adsız-yadsız sevgilim!...

Qabataş- 9.11.2010
_________________
hüzür: yas törəni
ilkçağ: əzəl
əsrik: sərxoş

1 yorum:

  1. səlam Toğrul bəy!bu nə təhər dostluq,mən sənə yazmasam, sən məni pak unudacaksan,deməli!ölmüşmü,qalmışmı mənim bu nostaljik dostum,deməyirsən heç?! yaşa vallahi!
    şükürlər olsun,sənin keyfin yerində,yazmağa başlamışsandır.sevindirici!
    məni sevindirəcək bir xəbər də verəcəkdin,doğruldumu işiniz?
    mənə tapşırdığınız işə hər kəs olumsuzdur dedi hələlik.dəlilləri də məntiqliydi
    başarılar və uğurlar arzulayıram sizə.

    YanıtlaSil