30.10.2011

Bir Dönəmiŋ Yaddaşı...

Keçdiўimiz günlərdə (20 Oktiyabr/Əkim günü), 21 Azər çağınıŋ soŋ ərənlərindən birisi, 80'li illərdən bəri Türkcə qəzetçiliўə damğasını vurmuş olan bir usta qələm, Yəhya Şeyda (Təbriz: 1924-2011) ulduzlar dünyasına çəkildi. Mənim yazı yaşamıma başladığım dönəmdə Məhd-i Âzâdî həftəliўində editor işləyən üstada 90'lı illəriŋ ikinci yarısında böyük bir əmək borcluyam. "Qoca adam", özəlliklə də yeŋi quşağıŋ yeŋicil dil aŋlayışını olduqca yeўgörü ilə qarşılayan və Alov kimi şairləriŋ qatı tutucu tutumunuŋ tərsinə dəўişimə açıq duruşuyla gerçək bir ulusal aydıŋ profili çizmişdi. Ulu ozan 60 il əmək ardından 87 yaşında, ardında dəўərli bir ədəbî mîras buraxaraq aramızdan ayrıldı... 

Eyni dönəmi yaşadığımız sevgili qələmdaşım Susən xanım Rəzi'niŋ bu "kültürəl qıtlıq" çağını gözəlcə bətimləyən şeirini paylaşmaq yerində olur deyə düşündüm. Uğurlar Qoca! Sağolluqlar Ecə!...
***
Bu qoşuğu 1376-da (“Məhd-i Azadi” dönəmində) sayın Toğrul Atabay-a yazmışdım və rəhmətli Ustad Şeyda bu qoşuğu “Məhd-i Azadi”-də yaymışdı. Ustad Şeyday-a nur içində yatmasını diləyirəm, Toğrul Atabay-a isə, daha-daha verimli və bərəkətli ömür.

Ay kimi
         Çay kimi
Bir sınıq qələm mənim əlimdə
Bir salxağı sənin əlində;
Gedirik qırıq qoşun kimi
                          Günəşə sarı
                                     Zəfər peşində.

Sən məndən uzaqda.
Mənsə,
Səndən xəbərsiz...
Yalqızlıqdan darılma saxın,
                            Dinmə saxın!
Sözcüklər itik-batıq
Sətirlər sökük-pozuq
Səhifələr qopuq-qopuq olsa da bilə,
Sarsılma saxın,
             Sınma saxın!
Çabalarımız uca,
Baxtımız gödədir... Bilənlər bilir
Nisgilləri doldurma giley piyaləsinə!
Susqun-susqun ışıq saç
                            Ay kimi, yetər.
Ürəyində od daşı, ovcunda sevgi,
Duru-duru çağla və ax
                           Çay kimi, yetər.

[Susən Nəvâdə-i Rəzi]
(Məhd-i Âzâdî: 1997)
http://shokufeh.mihanblog.com/post/282