13.06.2007

QIZILDƏRİLİ BAŞQANIŊ PİTİЎİ





Bu məktub "Duwarmish" Qızıldərililəriniŋ başqanı Seattle sarısından "Washington'dakı Böyük Başqan’a yə’ni 1853-1857 illəri arasındakı Ameriкa Cumhurbaşqanı Franкlin Pierce'ə ithâfən yazılmışdır.



Vaşington'dakı Böyük Başqan bizdən torpaqlarımızı satınalmaq istədiўini bildirən bir məktub yollamış. Dostluqdan və yaxşı niyətdən sözedib Böyük Başqan. Bu dostca bir davranışdır. Ancaq biz, siziŋ dostluğumuza ehtiyacıŋız olmadığını bilirik.
Biz onuŋ istəўini düşünəcəўik. Əўər biz satmağa râzı olmazsaq bəlkə də onda ağ adam tüfəŋi ilə gələcək və bizim torpaqlarımızı zorla alacaqdır.
Göўüzünü necə satabilərsiŋiz?
Ya da satınalabilərsiŋiz?
Ya torpaqlarıŋ istiliўini?


Havanıŋ tâzə qoxusuna, suyuŋ pırıltısına yiyə olmayan biri onu necə satabilər? Siz onu bizdən necə satınalabilərsiŋiz?

Ağzımdan çıxan sözlər ulduzlara bəŋzər, Böyük Başqan, heç sönməzlər. Buyüzdən söyləyəcəklərimə güvəniŋiz!
Bu torpaqlar mənim və ulusum üçün qutsaldır...
Yağmur soŋrası ışıldayan hər şamağacı yaprağı,
Dəŋizi qucaqlayan qumsallar,
Qaraŋlıq ormanlarıŋ qoynundakı sis,
Dağlardakı hər keçid Şaxıyan böcəklər...
Ulusumuŋ düşüncə və yaşantılarında qutsaldır.
Və biliŋ ki: Ağaclarıŋ içində yüksələn özsuyu
Qızıldərili adamıŋ aŋılarını da daşıyır.

Ağlarıŋ ölüləri, ulduzlarıŋ altında gəzmək üçün uzaqlara gedərlərkən doğulduqları torpaqları unudarlar. Ancaq bizim ölülərimiz bu büўülü dünyanı heçvaxt unutmazlar. Torpaq bizim anamızdır. Biz bu torpaqlarıŋ bir parçasıyıq. O gözəl qoxulu çiçəklər bizim bacılarımız, geyik, at və böyük qartal da bizim qardaşlarımızdır.
Yüksək qayalıqlar, yaşıl çayırlar, daylarıŋ və insanlarıŋ gövdələriniŋ ılıqlığı eyni bir ailəyə aiddir.
Vaşington'dakı Böyük Başqan bizdən torpaqlarımızı istədiўi zaman iştə bütün bunları istəməkdədir. O bizdən çox zad istəməkdədir.

Böyük Başqan bizə bir yer verəcəўini və bizim orada dinccə yaşayacağımızı söyləyir. Beləcə Böyük Başqan bizim babamız, biz də onuŋ uşaqları olacaqmışıq! Belənçi bir zad heş olası mı?
Böyük Ruh ulusumuzu sevər, ancaq nədəndir bilinməz, qızıldərili uşaqlarını tərk etdi. İndi sizə aparatlar yollayır və çox yaxında bəklənmədik yağmurlar soŋrası yataqlarımıza daşan irmaqlar örnəўi ağsoylu adam bu torpaqlarıŋ hər qarışını dolduracaq. Bizlər yetim qaldıq. Çünkü başqa soydanıq; çünkü qocalarımız fərqli nağıllar aŋladırlar.
Biləsiŋiz ki: Dərələriŋ və irmaqlarıŋ içindən keçən sular təkcə su deўildir; atlarımızıŋ qanıdır o. Sularıŋ çıxardığı səslər atalarımızıŋ nağıllarını aŋladır. Dərələriŋ, irmaqlarıŋ parıltıları sudan qaynaqlanmaz. Onlar atalarımızıŋ parıltılarıdır. Bilmirəm. Bizim davranışlarımız sizinkilərdən fərqlidir. Biz sizə bu torpaqları satdığımızda biliŋiz ki onlar qutsaldır. Siziŋ uşaqlarıŋız da onlarıŋ qutsal olduqlarını öўrənməlidirlər. Sularıŋ çıxardığı səslər bizim atalarımızıŋ səsləridir. İrmaqlar bizim qardaşımızdır. Onlar bizim susuzluğumuzu gedərərlər. Qayıqlarımızı daşıyar, balıqları ilə bizim uşaqlarımızı doyurarlar. Torpaqlarımızı satdığımızda bunu yaddaşıŋızda tutmalısıŋız. İrmaqlar siziŋ də qardaşlarıŋızdır. Və siz indidən başlayaraq irmaqlara qarşı yaxşılığıŋızı əsirgəməməlisiŋiz. Obiri qardaşlarıŋıza da.

Qızıldərili adam, onuŋ torpaqlarına girən ağ adam qarşısında hər yerdə gerilədi. Günertəniŋ sisiniŋ, dağlarıŋ ötəsindən doğan Güneş’iŋ öŋündən qaçdığı kimi. Günertəniŋ sisi, dağlarıŋ qarnından doğan günəşi görər.
Bu torpaqlarda, atalarımızıŋ külləri bulunmaqdadır. Bu torpaqlar bizə qutsaldır. Ancaq ağ adamıŋ bizim nə düşündüўümüzü aŋlamadığını da bilirik. Torpağıŋ hər bir parçası onuŋ üçün eynidir. O sanki gecə gelər və torpaqdan istədiўi zadı alar, gedər. Torpaq onuŋ qardaşı deўil, düşmənidir. Onu əldə etdikdən soŋra daha irəlilərə gedər və onu tərk edər. Babalarınıŋ məzarını geridə buraxar ağsoylu adam, bir daha onlarla maraqlanmaz. Babalarınıŋ məzarları, uşaqlarınıŋ doğum haqqı tez unudular. Torpağı uşaqlarından çalar. O, anası olan torpağı və qardaşı olan göўüzünü talan ediləcək zadlar vəya birneçə qoyuna, birneçə inciyə satılacaq nəsnələr olaraq görər. Aclığıŋ dünyanı saracaq ağsoylu adam! Və ardında qos-qoca bir çöl buraxacaqsan!

Ağlarıŋ şəhərlərində səssizlik deyilən zad yoxdur. Orada yarpaqlarıŋ səslərini, böcəkləriŋ vızıltılarını duyamazsıŋız. Bütün bunlar mənim bir küўü (vəhşi) olmamdan və bunları aŋlayabilməməmdən qaynaqlanar. Gürültü-şaqqıltı bizim qulaqlarımızı dırmalar.
Quşlarıŋ ötüşü, gecələyin qurbağalarıŋ bağırışı olmadıqdan soŋra dünyada nə vardır?
Qızıldərili, bir gölüŋ üzərindən əsərək gələn küləўiŋ səsini və tâzə qoxusunu sevər. Öўləyin (günorta çağı) yağan yağmuruŋ tâzə şam yarpaqlarından süzüb gətirdiўi kikirtkə qoxusundan xoşlanar.
Qızıldərili adam üçün hava dəyərlidir. Çünkü hər zad eyni solunumdan pay alar; heyvan, ağac və insan. Hamısınıŋ soluduğu (tənəffüs etdiўi) hava eynidir. Ağ adam soluduğu havanıŋ fərqində deўilmiş kimidir. Lap ölmüş bir insanıŋ pis qoxuları duymadığı kimi. Ancaq biz sizə torpaqlarımızı satarsaq biliŋiz ki hava bizim üçün dəўərlidir.
Torpaqlarımızı satmaq üzərinə bir daha düşünəcəўik. Əўər buŋa qərar verirsək bunuŋ bir qoşulu olacaqdır: Ağ adam torpaqlarımızdakı heyvanlara qardaşları kimi yanaşmalıdır. Mən bir küўüyəm və başqa türlüsünü aŋlayanmaram. Mən indiyə dək ağ adam tərəfindən öldürülüb çürüməўə buraxılmış miŋlərcə və miŋlərcə kəl gördüm. Çapan dəmir at (loкomotif), salt onuŋ yoluna çıxmasın deyə öldürülən miŋlərcə bufalodan (kəldən) necə dəўərli olabilər? Necə? Mən bir küўüyəm; aŋlamıram! Heyvanları olmadıqdan soŋra insanlarıŋ nə öŋəmi vardır? Bütün heyvanlar insanları buraxsaydı, insanlar ruhlarınıŋ yalŋızlığından ölməzdilər mi? Heyvanlarıŋ başına gələnlər, çox keçmədən insanıŋ da başına gələcəkdir. Yaşamda hər zad bir-birinə bağlıdır. Torpağıŋ başına gələnlər, oğullarınıŋ da başına gələcək...
Uşaqlarıŋıza bizim uşaqlarımıza öўrətdiўimiz zadı, torpağa dəўər vermələrini öўrədiŋ. Torpaq bizim anamızdır. Torpağıŋ başına gələnlər, onuŋ oğullarınıŋ da başına gələr. Və torpağa tüpürülməz. Torpağa tüpürərsəŋiz öz üzüŋüzə tüpürmüş olarsıŋız. Torpaq insanıŋ deўil, insan torpağıŋkıdır.
İnsan, yaşamıŋ toxusunu yaratmamışdır; o toxunuŋ içindəki bir lifdir təkcə... Yox, gündüzlə gecə bir arada yaşayanmazlar.
Ağ adamıŋ torpaqlarımızı satınalması istəўini düşünəcəўik. Ancaq mənim ulusum soruşur: Ağ adam nəyi satınalmaq istəyir? Göўüzünüŋ mâviliўini, torpaqlarıŋ istiliўini mi? Qaçışan ceyranlarıŋ çevikliўini, yeўinliўini mi? Biz sizə bunları necə satabilərik? Və siz necə satınalabilərsiŋiz?
Qızıldərili adam bir kağız parçasına qol çəkib, onu ağ adama verdiўi üçün siz bu torpaqlara istədiўiŋiz yapabiləcəўini mi sanar ağ adam? Havanıŋ sərinliўinə, suyuŋ parıltısına yiyə deўilsək onları sizə necə satabilərik? Soŋuncusu da öldürüldükdən soŋra kəlləri necə satınalabilərsiŋiz?

Biz öŋəriŋizi düşünəcəўik. Biz satmağa râzı olmadığımızda ağ adamıŋ tüfeŋi ilə gəlib torpaqlarımızı alacağını bilməkdəyik. Biz küўü insanlarıq. Ağ adam isə keçici bir ərkçilikdir (iqtidar); o bütün dünyanıŋ özününkü olduğunu, özünüŋsə bir Taŋrı olduğunu sanmaqdadır. Bir insan anasına yiyə olabilər mi?

Biz siziŋ başqa torpaqlara köç etməmiz göstərişiŋizi düşünəcəўik. Orada dinclik içində qalan sayılı günlərimizi keçirəcəўik. Günlərimiziŋ qalanını harada keçirəcəўimiz öŋəmli deўildir. Uşaqlarımız atalarınıŋ qururlarınıŋ qırıldığını və yeŋildiklərini gördülər. Savaşçılarımız utandırıldılar. Yeŋilgidən soŋra günlərini yazıqca keçirdilər. Özlərini içkiyə və yeməўə verdilər. Bu yolla gövdələrini dadlı yeməklərlə, içkilərlə ağuladılar, uyuşdururlar.
Günlərimiziŋ geriyə qalanını harada keçirəcəўimiziŋ bir öŋəmi yoxdur. Düzü, geriyə elə də çox zaman qalmamışdır. Birneçə qış keçdikdən soŋra geriyə öz uluslarınıŋ məzarlarında yas tutacaq tək bir kimsə daxı qalmayacaq.
O ulus ki bir vaxtlar güclü idi və gələcəўə umudla baxırdı. Oysa indi ormanlarda başıboş dolaşmaqdan başqa yapacaq bir zadı qalmadı. Ancaq mən ulusumuŋ çöküşünə niyə ağlayım? Uluslar insanlardan oluşar; başqa zaddan deўil. İnsanlar dəŋizdəki dalğalar kimidir; gəlib keçərlər. Onlara yol göstərən və onlarla bir yoldaş kimi danışan bir Taŋrı’sı olan ağ adam daxı, hamı üçün bəlirlənmiş olan alınyazısından qaçanmayacaqdır.
Bəlkə də biz hamımız qardaşıq. Yalŋız biz, ağ adamıŋ da bir gün kəşfedəcəўi zadı indidən bilirik. Hamımız eyni Böyük Ruh’dan gəlirik. Bizim Taŋrı’mız da eyni Taŋrı’dır. Sizlər bizim torpaqlarımıza yiyə olacağıŋızı düşündüўüŋüz kimi oŋa da yiyə olmağı düşünürsuŋuz. Ancaq bunu bacaranmayacaqsıŋız. O, insanlarıŋ Taŋrısıdır; Qızıldərililəriŋ də, ağdərililəriŋ də. Oyüzdən bu torpaqlar dəўərlidir. O torpaqları yaralamaq onuŋ Taŋrısını xor görməkdir. Biz gedirik, ancaq ağlar da bir gün bu torpaqlardan köç edəcəklər. Bəlkə də bütün diўər soylardan daha tez.
Yataqlarımızı ağulamağa (zəhərləməўə) davam edərsəŋiz bir gecə öz çöpləriŋiziŋ içində boğulacaqsıŋız. Ancaq bilirik ki, batdığıŋızda hər yana çox parlaq bir ışıq salacaqsıŋız. Bu sizi buraya gətirən və Qızıldərili adama üstün olmaŋızı söyləyən Taŋrı’nıŋ gücündən gələcəkdir. Siziŋ bu yazğıŋız bizim üçün bu anda bir bilməcədir.

Bütün bufalolar öldürüldükdən soŋra, çöl atları həmilləşdirildikdən, ormanıŋ əŋ gizli bucaqlarına dək dünya insanlarıŋ ağır qoxuları ilə kirlədildikdən, sevimli təpələriŋ görüntüsü danışan tellərlə doldurulduqdan soŋra, bir baxacaqsıŋız ki… Çalılıqlar harada? Yox olublar! Göўdəki qartallar harada? Getdilər! Yeўin çapan daylara, xızla yürüşən ova ‘əlvida’ demək nə deməkdir, bilirsiŋiz mi?! Bu, yaşamıŋ soŋu və təkcə daha artıq diri qalmağıŋ başlanğıcıdır... Bir yaşamıŋ soŋu salt daha artıq zada yiyə olmaqdan mı keçər? Taŋrı siziŋ heyvanlara və Qızıldərililərə egəmən olmaŋızı istədi. Ancaq bunuŋ nədəni bizim üçün bilməcədır.
Biz ağ adamı aŋlayanmırıq. Bəlkə ağ adamıŋ nə düş gördüўünü vəya uzun qış gecələrində uşaqlarına nə nağıl aŋlatdığını bilsəydik bəlkə onda onu aŋlayabilərdik. Nəsə biz yaban insanlarıyıq və ağ adamıŋ düşləri bizə saxlıdır. Buyüzdən biz öz yolumuzdan gedəcəўik.

Biz —hərzaddan qabaq— qardaşlarınıŋkından nə qədər fərqli olursa olsun, hər insanıŋ istədiўi kimi yaşama üləvini (haqqını) tanıyar, sayar, sovunarıq. Biz siziŋ öŋəriŋizi düşünəcəўik. Əўər oŋa hə deyərsək, bu təkcə bizə söz verdiўiŋiz torpaqları güvəncə altına almaq üçün olacaqdır. Bəlkə də orada geriyə qalan qısa günlərimizi —alışdığımız üzrə— dinc və barışıq keçirəbilərik...

Sizə bu torpaqlarımızı sattığımızda, siz onu bizim sevdiўimiz kimi seviŋiz, onuŋla bizim maraqlandığımız kimi maraqlanıŋız! Və onu bugün bulduğuŋuz kimi saxlayıŋız! Var gücüŋüzlə, ürəўiŋizlə, ruhuŋuzla bu torpaqları və üzərindəki canlıları uşaqlarıŋız üçün qoruyuŋuz! Taŋrı’nıŋ sizi sevdiўi kimi siz də onları seviŋiz. Çünkü biz bir zad bilirik: bu dünya qutsaldır. Ağ adam daxı ortaq yazğılarımızdan qaçanmaz! Bəlkə biz hamımız qardaşıq. Bunu zaman göstərəcək!

Soŋ Qızıldərili də bu dünyadan getdiўi və onuŋ xâtirəsi yalŋız bir buluduŋ soŋsuz çayırlar üzərindəki kölgəsi olaraq qaldığı zaman, atalarımızıŋ ruhu bu qıyılarda və bu ormanlarda yaşamağa davam edəcəkdir. Çünkü onlar bu torpaqları sevirdilər. Yeŋi doğulan bir bəbəўiŋ düz anasınıŋ ürək atışlarını sevdiўi kimi.


Duvarmış Qızıldərililəriniŋ Başçısı: Başqan Seattle

Türkcəsi: Toğrul Atabay

Hiç yorum yok:

Yorum Gönder