27.09.2016

“Zîc-i İlxânî” Yazmasında Türkcə Bir Not

Xoca Nəsîrəddin Tûsi’niŋ [1201-1274] oğlunuŋ əlyazısıyla olduğu qeyd edilən Zīc-i İlxānī yazmasında [Paris Ulusal Kitabxanası: Persan 163] ara səhifədə, 2-ci yarpaq arxasında —soŋradan artırıldığı aŋlaşılan— Türkcə bir not diqqətimizi çəkdi: “Kābin” (nikah qarşılığı olan axça) ilə bağlı bir “tanıqsama” (istişhad) yazısı!
Yazı nə dəŋli qısa olsa da Türkcəniŋ yazılı gələnəўi və Öŋasya alaŋında gündəlik yazı dili olaraq qullanılmış olması, eləcə də dönəmiŋ toplumsal kültürü və adbilgisi baxımından dəўərli ipucları içərir. İşlənən diliŋ özgünlüўü (tanıq = şâhid, bağışlamaq, aqça, xatun vb) də ayrıca göz qamaşdırır.
Əŋ erkən XIII yüziliŋ soŋu, əŋ gec XIV yüziliŋ başına âid olan nüsxədəki Türkcə yazmaqaranıŋ da 14-cü yüzildə artırıldığı düşünüləbilər. Qısa da olsa dil özəlliklərindən (+durlar, bağışlayup, adı, biŋ vb.) Ortaq Oğuz Türkcəsi alaŋına âid olduğu qolaylıqla söylənəbilər. 
Zîc-i İlxâni Xoca Nəsir’iŋ özünüŋ Marağa’da qurduğu gözləmevində 12 il boyunca gerçəkləşdirdiўi gözləmlərə dayalı bilgilər soŋucu 1272’də yaranan bir ulduzbilim əsəri olduğu üçün Türkcə notuŋ da Güney Azərbaycan’da əkləndiўi düşünüləbilər. Məscid imamından söz edərkən verilən “Qurçu Doğan” [kəndi?] yeradı da gerçəkliўə ışıq tutmaq adına öŋəmli bir ipucu sayılır: Günümzdə Şərqi Azərbaycan əyâlətində Əhər’ə bağlı Qurçu Kəndi (F. Qūrchī Kandī), Əhər’iŋ Vərziqan bölüўünə bağlı Qurçu Əhmədabad (F. Qūrchī-ye Ahmadābād), yenə Əhər’iŋ mərkəz bölüўünə bağlı və üç miŋillik bir təpəsi olan Doğan (F. Dūghān) kimi kəndləriŋ varlığı da bu varsayımı gücləndirməkdədir.
Yazmanıŋ 3-a yarpağında dəўişik bir qələmlə [Osmanlı şeyxülislamı] Əbû Su’ûd [1490-1574] imzasını daşıyan Osmanlı Türkcəsi bir not da mətnə soŋradan artırılmışdır (eyni qələmlə Osmanlı Türkcəsi bir not da 14-b yarpağında görülür). 1-ci yarpaqda yer alan soŋradan artırma Türkcə dördlük isə başqa bir yazıda incələnəcəkdir…
Zîc-i İlxâni Türk təqvimi üzərinə veridўi birincil və ayrıntılı bilgilər baxımından da eşsiz bir qaynaq sayılır.
Zîc-i İlxanî, Yarpaq 1a

OXUNUŞ [T.A.]:
«Şāh[iddirlər] ki, Bəki’nüŋ xātunı səkiz bin͡g aqça kābindən altı biŋini bağışlayup 
iki bin͡g aqça kābini qalduğına: Məvlānā Kātib Xəyrəddīn bin —— | Dərzi
Muhyiddīn | Fükə Axı Muhyiddīn bin ——. Ṭanuqdurlar: Ḥācī Savçı
bin Ṭura | Turşuçı Əḥməd bin —— və Qaragöz Pālūdəçi bin ——
və imām-ı məscid-i Qurçı Ṭoğan ṭanuq adı Nəbī Xwācə bin ——»

Açıqlama:
1. Kābin: Bugün ‘kəbin’. 1) Evlənmə sırasında kişi (oğlan/güvey) tərəfindən qıza (gəlinə) və’d edilən nikah bahası; başlıq, mehr (Osm. mihr); 2) Nikah.
2. Fükə (= Nəqîb): Axılıq (Əxîlik) təşkilatında beşinci mərtəbədə bulunan, törən ərkânını bilən ve məhfil əhlini yerli-yerinə oturdan kimsədir.
3. Axı (Əxî): Xoylu Axı Evrən (Şeyx Nəsrəddin Mahmud əl-Xoyî) [Xoy: 1171 - Qırşəhir: 1261] tərəfindən qurulan Axılıq (TT. Ahîlik) əsnaf və sənətkar təşkilatınıŋ mənsubu (ayama) [Məncə T. axı ‘cömərd, qoçaq’ kökündən gəlir].
4. Pālūdəçi: Pâlûdə əskidən bal, badam və nişasta ilə düzəldilən bir halva idi (indi pişmiş nişasta əriştəsi olan sulu dondurma!)
5. Tanuq = Tanıq: Şâhid.
6. Savçı [özəl ad] = Ər. Bəşîr/Rəsûl (<> savaçı 'peyğəmbər')
7. Bin = oğlu (çoxunuŋ yeri boş qalıb).
8. Aqça: 1) Geŋəl aŋlamda sikkə; gümüş sikkə; 2) Pul birimi olaraq:
Osmanlı’da ilk aqça Bursa'da Orxan Qâzi tərəfindən 1327 ilində basdırılmışdır. Ancaq Arğun Xan (1258-1291) dönəmində —ki Zic'iŋ də yazıldığı dönəmdir— aqça "dīnār-i aqçə" deyə və müsâmihə ilə gümüş dinar yerinə də işlənirdi. Oğlu Qazan Xan (1271-1304) dönəmində də keçərli olduğuna dâir Xoca Rəşîdəddin'iŋ (1247–1318) Târîx-i Mübârək-i Qazâni'də vergiylə bağlı bu cümləsi var: 
"به هر چهار سر درازگوش كه باربستة كاروان باشد نيم آقچه و به هر  دو سر شتر نيم آقچه باسم باژ بستانند"
(Karl Jahn yayını, London: 1940, s. 280)
Ayrıca aqça dəyəriniŋ düşməsi haqqında da bir başlıq verir.

  • Yazınıŋ Âid Olduğu Alaŋ:
Məncə Osmanlı'da az bilinən "pâlûdə" və "kəbin", eləcə "dərzi" (TT. terzi) fonetiki və Ŋ səsiniŋ ‘ng' ilə, ‘+lar’ əkiniŋ əliflə yazılışı —tam təsbit edilirsə də verilən toponim— bu Türkcə yazıntınıŋ Güney Azərbaycan’da əklənmiş olduğuna dâir güclü qənâət oluşdurur. Osmanlıca obiri notlar da (3-a, 14-b vs.) başqa qələm və tam Osmanlı imlasıyla, 16-ci yüzil soŋrası artırılmışdır. Cümləniŋ biraz Farsca qoxması və devrikliyi də Azərbaycan sâhəsinə âid olduğuna bir dəlil sayılabilər.
Yuxarıda toxunduğum dilsəl dəlillər bir yaŋa, əsriŋ Marağa’da yazıldığı düşünülsə əŋ əski istinsax olan Zic-i İlxani yazmasınıŋ birdən-birə Anadolu'dan baş çıxarması mə'qul görünmür. İmperatorluq Osmanlısında İstanbul’a aparılmış olduğunu düşünmək olar. O dönəmiŋ damğası da toxunduğum Osmanlıca notlarda görülür...  

Yazım Özəllikləri:
  • Üŋlü yazımı Ərəbcə sayağı hərəkə ağırlıqlıdır.
  • Ərəbcə sayağı soŋsəs üŋlü və ək üŋlüsü üçün daxı hərf yerinə hərəkə qullanılmışdır.
  • Gənizsil N [Ŋ] Doğu Türkcəsi sayağı -nk- ilə yazılmışdır.
  • Ərəbcə olmayan p, ç, g səsləri b, c, k hərfləri ilə yazılmışdır (Farsca pālūdə isə P hərfiylə).
  • Batı Türkcəsi gələnəўi olaraq da Türkcə sözlərdə qalınsıralı T > D Ərəbcə Tı [ṭ] hərfiylə qarşılanmışdır (Ṭoğan, Ṭura, ṭanuq). 
  • İmla sayağınıŋ Ərəbcəyə yaxın olması Dəri diliniŋ bölgədə daha hər oxur-yazarca bilinmədiўiniŋ göstərgəsi sayılabilər.
Zîc-i İlxanî, Yarpaq 3a

***
Əlyazma Bilgisi:
Köçürmə İli:  1286-1315 [BnF] (əŋ əski köçürmə)
Köçürən: adsız (soŋradan əklənən bilgiyə görə: Xoca Əsîləddin bin Xoca Nəsîrəddin yazısı)
Dili:  Farsca 
Tutum: 126 yarpaq
Saxlandığı Yer:  Bibliothèque nationale de France, Département des manuscrits, Persan 163 














© T.A. - 2016 [Facebook]

Hiç yorum yok:

Yorum Gönder