22.06.2010

I Confess!


(Mən êtiraf eləyirəm)

Mən êtiraf eləyirəm öz dilimlə,
özgə dildə söyləsəm də
inanıŋız düz deyirəm!
“yerkürəsi düz” deyirəm!
desəm, yüzdəyüz demişəm!
güvəniŋ, sözsüz demişəm!
bərâdərlər nə desələr mən demişəm, mən nə desəm onlar deyib; sözümüz bir!
öz dediklərimə sım-sıxı ‘gözübağlı’ qatılıram! təkbîr!

16.06.2010

Dik Başlar

yeŋi dalğa tutsaqda özgür Güneyli'lərə

satqın deyirsiŋiz, paralı ərlər deyirsiŋiz, ancaq
hesabımız boş, kitabımız qara ərənlərik, rindlərik
dünyalar alverinə girişmiş şıxlar, zâhidlər deўilik!
sovda deўil işimiz, sevda!
və çaxır qoxar üst-başımız, barut qoxar;
ətir deўil, buxur deўil, bəngiŋ dumanı deўil, üzərlik deўil!