16.06.2010

Dik Başlar

yeŋi dalğa tutsaqda özgür Güneyli'lərə

satqın deyirsiŋiz, paralı ərlər deyirsiŋiz, ancaq
hesabımız boş, kitabımız qara ərənlərik, rindlərik
dünyalar alverinə girişmiş şıxlar, zâhidlər deўilik!
sovda deўil işimiz, sevda!
və çaxır qoxar üst-başımız, barut qoxar;
ətir deўil, buxur deўil, bəngiŋ dumanı deўil, üzərlik deўil!
alın tərimizlə alırıq payımızı, üləўimizi
işimiz nəsiyə, verəsiyə, üləsiyə deўil çünkü,
göў əkir, qızıl biçirik
dilənmirik göўdəki bəlirsizlikdən!
kirlidir saqqalımız, bulanıqdır qafamız
aydındır alnımız, durudur köŋlümüz ancaq!
həyə allı-pullu, süslü-püslü deўilik, sərtdir dilimiz
gözəl görünməўə çabalamırıq, çirkinsək çirkinik
nəsəki bir parça sümüўə tənini, tinini bazarlayacaq, qancıq deўilik!
yeri gəldiўində əkşidir üzümüz,
oddur, ödür, acıdır sözümüz,
birdir içimiz-dışımız, astarımız-üzümüz
dəўişək ikinci bir üzümüz yoxdur da, ondan!
alnımız və sırtımız çizik-çizik
özümüz yazarıq alınyazımızı
olsa-olsa ancaq sırtımızı çiziklərsiŋiz!
kökümüz miŋillərcə dərində və gəncdir yaşımız
yaşıldır ayağımız, göў başımız
çatıqdır qaşımız
bükülməz boyumuz, əўilməz boynumuz
gərəkirsə darağcını boylar dik başımız!...
16.06.10
Marmara

Hiç yorum yok:

Yorum Gönder