27.05.2010

Qurd Damı

Diksindirdim, bağışla hürkütdüm bilərəkdən
Uç get türkəsaya azğın quş!
Yaŋlış damıŋ qırnasına qonmuşsan
Bu damı köpəklər, ovçular sarmış...

Yaŋlış duvarda asılı rəsmiŋ
Bu dam çuğullanmış
Bu dam gözaltında!
Bu dam ovsunlanmış...



Köçəri quş,
Pus! Sus!
Bu damıŋ dörd bir yanı quşadılmış
Pusu: Geri götür sovuŋu! Sovuş!
‘Suçüstü’ yaxalanmadan olay yerində, yanmadan…

Duvarı siçanlar gəmirir
Bağlantı tellərini,
Damarlarımızı, siŋirlərimizi, qulaq ağlarımızı…


Uç-get başımdan, öz eliŋə, uz iqlimiŋə geri köç
Yollan, yolunmadan qanadlarıŋ,
Yuvalan, evcilləşmdən
və bağlanmadan, tutuqlanmadan qara sevdanıŋ qara büўüsünə...

Qurd-quş çürür burada, quduz itlər hürür
Tükənir türümüz, törəmiz, soyumuz, sayımız...
Quş dilindən anlayan quşaqlar qırılmış...

Haydi köçəri quş!
Yuvaŋa dön,
ağardı qaş, yavaş-yavaş başladı ağır qara qış!
- Qış-qış!...

T. Ata
Kadıköy
27 Mayıs '10

Hiç yorum yok:

Yorum Gönder