İstanbul gəmi olmuş gedir idi
üzürdü lam-lam
sahildə durmuş sən durumuŋ ayrımında deўildiŋ
qıyıda külək yelləyirdi çiçəkli ətəўiŋi
saçlarını darayırdı yel
belənçi bir gün üçün artığıyla gözəldi hava
oralı deўildiŋ sən
yuxudaydıŋ bəlkə,
yuxuluydum bəlkə,
mən ayrılıram sanırdıŋ
mən uzaqlaşıram sanırdıŋ sən
ikimiz də uzaqlaşırdıq oysa…
bəlkə göz yaŋılğısıydı
bəlkə köŋül yaŋılğısı
bəlkə gözyaşı, ürək yanğısı
çöldə ılğımsı yaŋqısı…
bu ayrılış deўildi bəlkə, doğrudan
başından bəri bir ayrılıqdı bəlkə, doğadan…
ayrılıq demək olardı mı buŋa, bir arada olmadan!?
İstanbul gəmi olmuş, yeriyirdi
ışıqlarıyla, minârələriylə dinc-dinc
bir arada olmadıq ki deyirdiŋ
gedərək gedirdiŋ
İstanbul axır,
sən görmədən baxırdıŋ
mən əriyən bir buzdağı üstündə donmuşdum…
21.03.09
qaraköy
Gözlərimiz aydın! Tuğrul bəy ayıldı deyəsən qış yuxusundan!
YanıtlaSilAçdı pəncərələri ,suvardı gülləri, və də günəşlə barışdı deyəsən.
qələminizdən çilənən hər bir sözcük ,qəlbimizin bir guşəsinə nur saçır ,aydınladır könül sarayımızı...Əsirgəməyin!