6.08.2008

Məxfî’dən ‘Şâhânə’ Bir Əkiz Qəzəl:


Əkiz söz sənəti:
Adını Ər. ‘عکس’ (tərs; yaŋsı) sözündən alan (bizcə: ək+iz) bir zəka buluşu (kəşfi) sayılan bu söz sənəti bir cümlə, dizə (misra) ya da qoşaqdakı (beyt) kəlmələriŋ, birneçə kəlmə vəya kəlmə topluluqlarınıŋ yerlərini dəўişdirərək (tərsdən/aynalı/devrik düzərək) —geŋəldə eyni aŋlamı verən və birincisiniŋ yaŋsımasından oluşan yeŋi bir dizə/yarımdizə qurmaqla—düzələn uzluqdur. Əkiz uzluğunda, cümlədə bir sözcük obiriniŋ öŋünə vəya arxasına gətirilərək cümlə/birləşmə yeŋidən qurular. ‘Əks ü tərd’ vəya ‘əks ü təbdîl’ də deyilər. Zehndə ‘cinas’la eyni etkini törədən bu uzluq (teknik), gözəl düzənləndiўi durumda sözüŋ aŋlamını gücləndirər, maraqlı bir uyum və müziкallıq sağlayar.
Əkiz sözcükləriŋ düzülüşünə görə —bütöv əkiz / əksik əkiz olmaq üzərə— iki sayaqdır:


a. Bütöv Əkiz (əks-i tām): Dizəniŋ vəya cümləniŋ aŋlamlı iki parçası, qalıb halında yer dəўişdirər; söz sırası bir öŋcəkiniŋ lap tərsi olaraq —artırma-çıxarma yapılmadan— düzənlənər. Örnək:
“Dîdəm ruxunu gözlər / gözlər ruxunu dîdəm
Qibləm alalı qaşıŋ / qaşıŋ alalı qibləm
Cənnət gibidir rûyuŋ / rûyuŋ gibidir cənnət
Âdəm doyamaz saŋa / saŋa doyamaz Âdəm”
(Nəzîm)
“Mümkin dəgil Xudâ’yı bilmək də bilməmək də
Mâtəm görünür şâdî, şâdî görünür mâtəm”
(Nəzîm)

b. Əksik Əkiz (əks-i nāqis): Cümlə vəya dizələrdə aŋlamlı sözcük topluluqlarınıŋ yerləriniŋ birsıra əkləmə və çıxarmalar törədərək dəўişdirilməsi soŋucu ortaya gələr. Örnək:
“Cihânda âdəm olan bî-ğəm olmaz
Anuŋ-çün bî-ğəm olan âdəm olmaz!”
(Nəcâtî)
“Əskidən vardım bən, şimdi hiçim bən
Şimdi bir hiçim bən, əskidən vardım”
(Lütfi Bəў)
“Hayrân oluyor qudrətinə, sün‘ünə insân
İnsân oluyor qudrətinə, sün‘ünə hayrân”
(İsmâil Safâ)
“Gəlsə dərgâhına ikrâm görürlər kürəmâ
Kürəmâ dərgəhinə gəlsə görürlər ikrâm”
(Ziyâ Paşa)

Türlü Əkiz’ (mütələvvin-i mə’kûs) deyilən bir sayaqda isə bir qoşağı (beyti) yazıldığınıŋ tərsindən oxuyaraq da başqa ölçüdə yeŋi bir qoşaq əldə edəbilərik…
***
Aşağıdakı qəzəl Həkimbaşı Əbdüləziz Əfəndi’niŋ hazırladığı bir musiqi cüngünüŋ əlyazmasından ilk olaraq köçürülüb özgün mətniylə birlikdə yayımlanmaqdadır. Məxfi’niŋ əsəri o dönəmdən bəri ‘güftə’ (mahnı sözü) olaraq işlənib bəstələnmişdir.


اوپسم سنی دوینجه دوینجه سنی اوپسم»
اوپسم دیمه‌سن اپسم اپسم دیمه‌سن اوپسم

کعبه یوزیکه عاشق عاشق یوزیکه کعبه
زمزم لبکه تشنه تشنه لبکه زمزم

دمدر صنما کل کیم کل کیم صنما دمدر
بر دم قیلالم صحبت صحبت قیلالم بر دم

اولسون غمله حاسد حاسد غمله اولسون
خرم اوله‌لم سن بن بن سن اوله‌لم خرم

مخفی قولوکم شاهم شاهم قولوکم مخفی
«عالم دوکه‌لی بیلدی بیلدی دوکه‌لی عالم
*
Öpsəm səni doyunca, doyunca səni öpsəm
Öpsəm deməsən əpsəm, əpsəm deməsən öpsəm!

Kə‘bə yüziŋə ‘āşiq, ‘āşiq yüziŋə Kə‘bə
Zəmzəm ləbiŋə təşnə, təşnə ləbiŋə Zəmzəm!

Dəmdir sənəmā gəl kim, gəl kim sənəmā dəmdir
Bir dəm qılalım söhbət, söhbət qılalım bir dəm!

Olsun ğəm-ilə hāsid, hāsid ğəm-ilə olsun
Xürrəm olalım sən-bən, bən-sən olalım xürrəm!

Məxfî qulunam şāhım, şāhım qulunam Məxfî
‘Āləm dükəli bildi, bildi dükəli ‘āləm!

____________________________
əpsəm (T. əb-səm ‘səmirsiz’): dilsiz, pəltək (Far. ‘گُنگ’)
ləb (F): dodaq
təşnə (F): susuz
dəm (F): çağ, an
sənəm (Ər): büt — sənəmâ: ey sənəm
hâsid (Ər): qısqanc
xürrəm (F): şəŋ-şaxraq, sevincli
dükəli (T): bütün, cümlə, hamı.

Hiç yorum yok:

Yorum Gönder