23.01.2013

Milli və Etnik Kimlik Üzərinə Söyləşi


Öyrənci Səsi Düşərgəsi’nin Toğrul Atabay ilə Söyləşisi



Öyrənci Səsi: Ulusçuluq söyləmində ən önəmli qavramlardan biri milli kimlik qavramıdır. Milli kimlik qavramının necə tanımlanması milli hərəkətlərin mahiyyətini anladır. Öyrənci Səsi düşərgəsi müxtəlif milli fəallar ilə bu qavram haqqinda və onun quramsal təməlləri üzərə müxtəlif musahibələr aparıbdır. Əlimizə çatan ilk musahibə sayın Toğrul Atabay’ın yanıdlarıdır.


Toğrul Atabay 1976-ncı ildə Güney Azərbaycan’ın Xoy şəhərində anadan olubdur. Hikayə yazarlığına gənc yaşlarından başlayıb və ilk’gənclik dönəmindən bəri müxtəlif dərgilərdə Güney Azərbaycan’da Türk kimliyi haqqında çeşidli yazılar yayınlayıbdır. İstanbul Bilimyurdu’nda Türk Dili və Ədəbiyyatı bölümündə lisans aldıqdan sonra Marmara Bilimyurdu’nda Türk Dili üzrə təhsilini davam edib ve bugün bu bilimyurdunda Türkoloji üzərinə doktora yapmaqdadır.

5.01.2013

Ətənə-Etana

Yapağılaşmış tükləriŋ və qırıq lələkləriŋlə–
uçuşu bilməyən ətcə bir quşduŋ,
qırxlıq bir edilgənlik bucağında...
Qımıldasaŋ sınacaqdıŋ.
Soyuqdan titrəyirdik, içli/dışlı soyuqdan;
heç isinmədik.
Soyudum buzluğundan dedim, donmasın keşkə dediŋ; donduŋ
Buzlağa döndüŋ...
Qurbətdə və qəribdik; bir-birimizə qarşı da yad.
Sırt'üstü düşmüş tusbağalar kimi yenildik yükümüzə...
Yaradılışıŋ yükü sırtımızda sanki
Daxı heç olmadıq;
"Xam idik... Yandıq!..."
Çox gec qalmışıq deyirdiŋ.
Donmuşduŋ...
Saçlarıŋ və dırnaqlarıŋ gözəl olmuş;
Daha qadınlaşmışsan.
Uslan; islanma bir daha bu borana!
Humay quşu çox yüksəklərdə
və çığlığı səniŋ duyabilirliўiŋiŋ ötəsində.