5.01.2013

Ətənə-Etana

Yapağılaşmış tükləriŋ və qırıq lələkləriŋlə–
uçuşu bilməyən ətcə bir quşduŋ,
qırxlıq bir edilgənlik bucağında...
Qımıldasaŋ sınacaqdıŋ.
Soyuqdan titrəyirdik, içli/dışlı soyuqdan;
heç isinmədik.
Soyudum buzluğundan dedim, donmasın keşkə dediŋ; donduŋ
Buzlağa döndüŋ...
Qurbətdə və qəribdik; bir-birimizə qarşı da yad.
Sırt'üstü düşmüş tusbağalar kimi yenildik yükümüzə...
Yaradılışıŋ yükü sırtımızda sanki
Daxı heç olmadıq;
"Xam idik... Yandıq!..."
Çox gec qalmışıq deyirdiŋ.
Donmuşduŋ...
Saçlarıŋ və dırnaqlarıŋ gözəl olmuş;
Daha qadınlaşmışsan.
Uslan; islanma bir daha bu borana!
Humay quşu çox yüksəklərdə
və çığlığı səniŋ duyabilirliўiŋiŋ ötəsində.

Dünya Damı'ndan birlikdə atlayacaqdıq:
Ayrı-ayrı atladıq çıxabildiўimiz yüksəklikdən.
Mən çox dərinə dalmışdım;
Və sən artıq uçuşu öўrənmişdiŋ demək!
Haydi yuvaŋa qon, "səlâmətlə"...

Yetin əliŋdəki somluqla*,
borclu salma məni; bu dibsiz quyuya girmə!
Yusuf bir nağıldı, kəsilən mənim barmağımdı,
Məlik Məmməd, qaraŋlıq dünya bir nağıldı,
yuxusuzluq duzuyla zonquldayan barmaq kimiŋdi?...

Toxta! Dincəl!
Üzeyə dön!...
Unut,
və unutma: "Hâfizə-i bəşər nisyân ilə mə'lûldur"
Yaşanmayan bu giz,
yaranmayan bu yazıq-günah,
aramızda qalsın soŋsuzacaq.
Burax Qafdağı sevdâsını,
Qanma bu çöldəki 'uçmaq'a
Bu ılğım qandırmaz səni, yandırar—
susuz yolçu!
Yoxluq Çölü'nə varmadan,
yanmadan lələkləriŋ, ovaŋa dön!
Yuvaŋa dön ətənə, yuvaŋa dön!...
Yaşa, hansı qatda, hansı irtifâda olursaŋ ol.
"Bizli də'olur, bizsiz də'olur"...

Ölü doğulmuşduŋ məŋə bəri başdan,
Doğmadan içimdə ölən və ordaca gömülən
linç edilmişcəsinə rûhu...
Sinəmiŋ sinliўinə* gömdüm, —əŋ dərinliklərə—
Ürəўim baş'daşıŋ
Gözüŋ arxada qalmasın
Döşüm giz'lər məzarlığı
Bu neçə-minci sorğulama
Ağzımı bıçaq açmaz ama!
Kimsəyə êtiraf etmərəm; qorxma!
Üç lələўini də yandırdıŋ bu Ənqa'nıŋ; imdada çığlıq ataraq
Qaraŋlıq Dünya'ma çəkiləsiyəm, artıq
Aydıŋlıqlar dünyası səniŋ olsun...

Diŋlən, didərgin rûhumuŋ itkin ikizi
Burax bu çalxantılı dibsiz, qıyısız dəŋizi
Sâhildə kiçik, diŋiz* dünyaŋı geri qur!
Aŋılası bir aŋı qalsın deyə,
Bitmədən getməli insan
Ölü kimi, səssiz və bir an...
— Uğruŋa uğur!...
***

Çəngəlköy
Aralıq 2012



Açıqlama:

Ətənə: məşîmə, plasenta, ana rəhmindəki eş, son (ana bətnində balanı doğuluncaya dək bürüyən ət pərdəsi).

Etana: Sümer mitolojisində, qutsal doğruluğu qurmaq və soyunu sürdürmək üçün, Gün Taŋrısı Utu'da (Asurlar'dakı: Şamaş > şəms/sun) bulunan 'ot'u əldə etmək üçün bir qartalıŋ üzərində 'uçmaq'a (cənnətə/göўüzünə) uçduğu söylənən və kimi nağıllarda yerüzünə düşüb ölən; kimi nağıllara görə də Utu'nuŋ verdiўi dirlik'suyuyla qurtulub soyunu sürdürən, insanlığıŋ yarı-taŋrı ilk xâqanıydı (Babil Burcu'nuŋ dikilməsinə yol açan ayaqlanmanıŋ öŋdəri olaraq da bilinir)...

Humay (= qoruyucu ecə Umay), çığlığı yüksəklikdən dolayı səs duvarını aşan, duyulmayan bir əfsânəvi quşdur.

Ənqa (öz külündən yaranan, qaraŋlıq dünyasını aşabilən Simurğ), lələўi yaxılınca yardıma gələr (Macarcası Turul ≡ T. Tuğrul). Qafdağı'na varıb Simurğ'a qovuşmaq/dönüşmək istəyən, yeddi aşamadan keçərək ələnib yoxluq çölünü aşıb soŋa qalan 30 quş yolçuluğu isə tümvarlıqçılığı simgələr.

____________________
* somluq: nəqd
* sinlik: qəbristan
* diŋiz: sâkin

Hiç yorum yok:

Yorum Gönder