17.07.2013

Râğib Paşa'dan Bir Qəzəl

Pərvərdə-i Tənûr-ı Ələmdir Fətîrimiz!


Olmuş siriştə mâyə-i ğəmlə xəmîrimiz
Pərvərdə-i tənûr-ı ələmdir fətîrimiz!


Olduqsa bî-nəvâ hələ mə'mûn-ı âfətiz
Yoqdur yanarsa 'âləm içində həsîrimiz!

Eylər gül-âb, sûziş-i həsrətlə gülləri–
Bir nəğmə etsə bülbül-i âtəş-səfîrimiz!

Biz himmət-i bülənd ilə kim 'ərş-pâyəyiz
Etməz libâs atlas-ı çarxı həqîrimiz!

Sâmân-ı əql ü fikr-i dili aldı cəvr-lə
Verdi xarâba mülkini —həyfâ— əmîrimiz!

Əvvəl girift-i zülfi idi, şimdi bənd-i xət
Kâfirdən özgə kâfirə düşdi əsîrimiz!

Râğib suvər-nüvîs-i qiyâmət-qırân olur
Âvâz-ı sûra xəndə-zənândır sərîrimiz!…


Qoca Râğib Paşa 
(1698-1763)

— Dîvân-ı Râğib, Bulaq təb'i: 1252 (1836).

Çeviriyazı: T.A.

_________________________________
siriştə: yoğrulmuş 
pərvərdə= bəslənmiş, yətiştirilmiş
tənûr-ı ələm: acı təndiri
fətîr: mayalanmış xəmir
bî-nəvâ: çârəsiz, yazıq
mə'mûn: güvəndə
gülâb: gülsuyu 
sûziş: yanma, yanğı
âtəş-səfîr: od-ıslıqlı
himmət-i bülənd: yüksək çaba
'ərş-pâyə: makamı ən yüksək gök olan
libâs: əlbisə 
atlas: 1. ipək qumaş; 2. böyük xərîtə; 3. Atlas oqyânusu
çarx: fələk 
sâmân: sağman, düzən-dirlik
dil: köŋül 
cəvr: cövr, qıyım
mülk: yurd
həyfâ: heyif ki, nə yazıq 
əmîr: bəy̌
girift-i zülfi: saçına yakalnmış (girift: yaxalama; dolaşıq)
bənd-i xətt: 1. (üz) çizgisinə bağlanma; 2. fərmânına tutsaq
suvər-nüvîs: sûrətlər yazan
qiyâmət-qırân: qiyâmətə tuş gələn
âvâz: yüksək səs
sûr: Qiyâmət günü İsrâfil'iŋ ölüləri oyandırmaq üzrə çalacağı boru (suvər ilə əşyazılı!)
xəndə-zənân: qəhqəhə atan 
sərîr: (qələm və qapınıŋ çıxardığı) qıcırtı

Hiç yorum yok:

Yorum Gönder