1.08.2008

Qəzvinli Vâiz’dən Seçmə Qəzəllər: 1

(Əlyazmasından özgün biçimiylə ilk olaraq köçürülüb yayınlanır)


ای سهی قد کچدی ایکیدلوق خم اولماق چاقیدور
یتدی بو طومار پایانه بوکولماق چاقیدور

دوندی آغز تیش سیزلوقدن یلان سوراخنه
آغله آغله بو آقز بیرله نه کولماق چاقیدور

کیتدی قوت دیزلردن اوتراق اولماق کرک
چون بنا سستالدی دیوارونک توکولماق چاقیدور

کوجلی یاقار قاریلوق قاری اسر غم صرصری
نیجه یوز چین توشمسونک یوزقه پوزولماق چاقیدور

کس تعلق جسم خاکیدن بودور کلدی اجل
جان شیرینم بو سوزکچدن سوزولماق چاقیدور

روزکار ایلن مدارا قیل بیر ایکی کون داخی
چوق چکشمه ای بنم عمرم اوزولماق چاقیدور

عمر کچدی جان شیرینم کچنمه تلخکام
کام اوزوندن آل که بوستانک پوزولماق چاقیدور

خلق عالم ایچره واعظ چوق مکرر اولمشوز
باشه کل ای عمر باشلردن ساولماق چاقیدور

Ey səhî qəd, keçdi igidluq xəm olmaq çaqıdur
Yetdi bu tûmar pâyâna bükülmaq çaqıdur
Döndi ağız tişsizluqdan yılan sûrâxına
Ağla-ağla bu aqız birlə nə gülmaq çaqıdur
Getdi quvvət dizlərdən oturaq olmaq gərək
Çün binâ sustaldı divarung tökülmaq çaqıdur
Gücli yaqar qarıluq qarı əsər qəm sərsəri
Necə yüz çîn düşməsüng yüzqa pozulmaq çaqıdur
Kəs tə’əlluq cism-i xâkîdən budur gəldi əcəl
Cân-i şîrinim bu süzgəçdən süzülmaq çaqıdur
Rûzgar ilən müdârâ qıl bir-iki gün daxı
Çox çəkişmə ey bənüm ‘ömrüm, üzülmaq çaqıdur
‘Ömr keçdi cân-i şîrînim keçinmə təlx-kâm
Kâm üzündən al ki bostanuŋ pozulmaq çaqıdur
Xalq-ı ‘âləm içrə Vâ‘iz, çox mükərrər olmışuz
Başa gəl ey ‘ömr başlardan savulmaq çaqıdur!


______________________________
səhî qəd: düz boylu
xəm olmaq: əўilmək
çaq: çağ
tiş: diş
birlə: ilə
yaqar: yağar
qarıluq: yaşlılıq
çîn: qırışıq
sərsər: sərt yel
yüzqa: üzə
təlx-kām: ağzı acı

Hiç yorum yok:

Yorum Gönder