14.05.2011

NAĞIL ADAM


(Çağdaş Bir Şamansı Yoğ)

«Qırx gün, qırx gecə keçdi...»
Qamtörə’yə görə özqonuğuŋ (ruh) 7 kipiniŋ 6-ci biçimi ‘sünə’, ölümdən qırx gün soŋrakı tözsüz (cismsiz) ara biçimidir. 40 gün (bütünlük simgəsi, çilə) bitincə “özüt” biçiminə dönüşərək uçmağa varır, qutsal döngü soŋucu ilk kipi olan “qut” (Evrənsəl Öz) bütününə qovuşur...
«Qanı (hanı) didügüm bəg ərənlər
Dünya mənüm diyənlər?
Əcəl aldı, yir gizlədi
Fānī dünya kimə qaldı?
Gəlimlü gidimlü dünya
Soŋ ucı ölümlü dünya!...»
— Qorqud Ata


İlkçağ’da nağıl-ayin yaşam ağacından törənmiş Yaşıl Ada-m!
Nağıllar Çağı çoxdandır qapanmış:
Sən bu qarğın çağıŋ adamı deўildiŋ;
Köksündə köçürdüўüŋ nağıllar ölkəsinə çəkildiŋ...
Aŋsızın göўüŋ köksündə bir ulduz kimi əskildiŋ...
Nağıl adam!
Sənsiz bu yalan dünya necə də yalıŋ qalacaq!
Sənsiz bu Qaraŋlıq Dünya’ya
bu issiz Yer’ə necə də yadam!

Uşaqlığım nağıllarıŋı özləyəcək!
uşaqlarım nağıl adamı nisgillə gözləyəcək
ancaq hər aŋladılışla 
soŋsuza dək dildən-dilə, döşdən-döşə köçürülüb yeŋilənəcək, 
bitməyən mahnı kimi diŋlənəcəksən...

Arxam-elim,
Evrəni yetmiş ilə sığdıran sığınacağım
Sönməz ocağım;
Gizəmli keçmişlə altın bağım...
Qısaca: Ata’m 
Göў Taŋrı'nı yerdə yaşayan o taysız adam...
Ötə adı: 
Dədə, Baba, Ağa, Qağa, Ata, Ada və Qaŋ
                                                        ... və Xan
Adı qutsallıq sanı
Qam-Törə'niŋ Üç Qutluğunuŋ özəўi:
Üstdə Göўtaŋrı: Ülgən- oluş;
Astda Yersu: Evrən- varlıq;
Arada Atalar: Ərən- varoluş...
Sən: Özədönüşüŋ evrənsəl simgəsi 
Özbilgə: sözüŋ söz;
adı üstündə: atasözü!

Oğuz’um, atam
nə qoçaqlamalar, sevgiləmələr, sicirləmələr qaldı köksündə
nə gözəlləmələr, bayatılar, qoşmalar saldı kök, sində...
Tapmacalar çözümsüz qaldı;
Soylu sözlər qara torpağa gömüldü...
Nağıllarıŋıŋ yasaq "dil"ini aŋlamağa adadım ömrümü.

Sən bu çağıŋ çorlu sürüsündən deўildiŋ
Kirli bilgi yozluğu yoluxmamışdı beyniŋə
Sən bütün bitkiləriŋ, bütün quşlarıŋ adını bilirdiŋ
Sən ağacıŋ ruhunu oxşayırdıŋ 
bitkiniŋ damarındakı özsuyu sezirdiŋ
quş dilini aŋlayırdıŋ Sən.
O çatar çatar əlləriŋ torpağıŋ yumuşaq canıyla nə də tanışdı!
Çölçü adam!
Güўümüŋ calanmasın!
Bağıŋ talanmasın!
Əkinləriŋ yanmasın!...
Sənsiz sözlər atasız,
otlar adsız,
türkülər öksüz, 
quşlar kimliksiz,
və doğanıŋ dilindən aŋlamayan bir quşaq köksüz qalacaq...

Aŋımsadığımdan bəri saçlarıŋ ağdı
alnıŋ ağdı
ruhuŋ ağdı.
Aŋımsadığımdan bəri işdi işiŋ
Ürəўiŋ dağdı.
Torpağı yardıŋ, doyurduŋ, 
yaratdıŋ, yaradıŋ, 
yarıtdıŋ, yarıdıŋ...
Bə-hey tunc adam:
necə yoğurmuşdu taŋrıŋ bu kövrəkliği o bərklўə?
Əlləriŋ bolluq,
Ürəўiŋ bulaq!
Əŋ yoxsul kökündə də başıuca, alnıaçıq və köŋlütox!
Üzünü silləylə qızardan, bəŋzi yaŋız, alnı ağ!
Dağ tək tək: ötkəmli və başı dik!
Dəŋiz tək təŋ: düşkün və alçaqköŋüllü!...

Doğanıŋ ülgü elçisi
O savadsız el-bilgə adam;
Göўləriŋ samanyolu yolçusu
yaşanan bir yaşam fəlsəfəsi mîras buraxdı:
«Yetmək deўil, getməkdir amac!»

Uşaqlığı: ışıq və su
Gəncliўi: tunc və od
Olğunluğu: dəmir və torpaq
Yaşlılığı: altın və külək
və yenə uşaq
və yenə ışıq!...

Tükənməyən var, tökülməyən bar, həmişə bahardıŋ
yağışdan soŋrakı torpaq qoxardıŋ
qarla gələn, doluyla yaşayan, yağmurla gedən yaşıl adam! 
Soŋsuzluq bağıŋa vardıŋ...


Sən öldüŋ dedilər: inanmadım
Beyrək kimi sürgündəyəm, görənmədim çünkü
Ancaq yaşadığıŋı gördüm,
tanığam: bir kişi kimi düzgün, özü kimi özgün və gün-gün yaşadıŋ
Sən tükənmədiŋ; bütünləşdiŋ; bitdiŋ!
Olduŋ; yetişdiŋ; yetdiŋ...
O, ölən atam değil;
"Yaşamış olan adam"dır...

Varlıqlara ‘şey’ deməyən;
Nəsnələriŋ adını, sanını bilən!
Diliŋ payını ödəyən
Biçin soŋrası qurd-quşa daxı pay adayan 
Tikəni tək tükətməyən
Sofralı... və ağzınıŋ dadını bilən!

Özənli-düzənli, ərdəmli-yordamlıydı onlar:
«Altın Uruq»!
Yerişikləri gözəldi siziŋ quşağıŋ
Duruşuqları yaraşıq
Hər duruşlarında yaşama sevinci.
Danışıqları sazlı-sözlü âyin sözləri,
səsdən inci!
Ildırım, yağış, çağlayan, 
çiləyən, şaxıyan, şığıyan, şaxan, axan doğal səmirdi...
Sözü söz olsun deyə demirdi!
Siziŋ nəsil yaşamağı əzbərə bilirdi 
Oxuyub əzbərləmirdi...
Mayaŋız qatı xəmirdi;
Xuyuŋuz yumuşaq dəmirdi!...
Yalıŋ əlləriylə gerçəўi yoğuran
və sancıyla doğrunu doğuran...
Uz əliylə el quran, oba quran, 
Ev tikən, ocaq qalayan, çardaq vuran
Öz torpağınıŋ bağımsız ağası;
Öz yalıŋ ayağında duran...
Dəbiŋiz: günüŋ bitməyən mahnısı, tövşüməyən ‘ir’i
Törəŋiz: keçmişiŋ altın toğu, qızıl zənciri
Bir ‘iўidcə varoluş’ siciri...

Kimsəniŋ bir qarış yerini işğal etmədiŋ 
Ancaq boşluğuŋ doldurulmazdır...
Dolun-dolun yaşadıŋ, bütün-bütün, qanaraq
Ancaq yoxluğuŋ əskik buraxdı varlığı
və sürüləcək əkinəcəўi şoxumsuz
və ürəyəcək taxıl tarlalarını toxumsuz, 
büўülü alma bağlarını baxımsız...

Qan tərlə qarınca kimi sarsılmaz çabayla, əliyalıŋ
Arı kimi arıca-incə çalışdıŋ:
Doğanıŋ əŋ özlü tözlərini içləyərək
və sansız çiçək tozlarını işləyərək
və iştə işiŋiŋ barı: oğul balıŋ!...

Yaddaşı yaradılış ‘boy’unca əngin
Düş ölkəsi gerçəklik ölkəsi qədər zəngin
Sən yaşayıb doğanıŋ bitiўini bitirdiŋ
biz daşdan oxulda düşünərək yaşamı itirdik.
Dinməksizin çalışdıŋ, işçi ərən!
Göў Ata'nı diŋlə:
soŋsuza dək Yer Ana’nıŋ qoynunda diŋləŋ!

Ölümlü yaşam nağılıŋıŋ soŋ ucu:
Quzğun kimi Nuh yaşı öləşcil dirilikdənsə
Qartal kimi öz və özgür
Başı göўlərdə...
Ayağı diklərdə... 
Gözü yüksəklərdə...
Qoca qartal: 
Qanadlarıŋı, qarmaqlarıŋı, qağaŋı qayalara çarparaq yeŋiləndiŋ...
Daxı qoca geyik kimi boynuzlarıŋı budaqlara çarparaq
ərkini itirmədən və əməўini batırmadan
canı sulu ikən tiniŋi Yersu’ya geri verdiŋ.
Və Xızır olma ölümsüzlüўünüŋ gizi buydu: 
Duru yaşamıyla «bəŋgü su»ya qovuşmaq...
Və’l-hâsıl: 
İştə “Kişiniŋ tözü işdir!” dediŋ, “Yaşamaq yaratmaqdır!”.
Daxı: “Ölümsüzlük: bir daha olmayacaqmış tək yaşamaqdır” deyə 
İşlə iç elədiŋ yaşamı.

Aŋdırıŋ: bir ad, bir pusat və bir at
İўid ölər, adı qalar dedilər
“Yaxşı adamlar yaxşı atlara miŋib getdilər!”...
Biri vardı...
Biri ‘yoxdur’...
***

“... Əl-āqibət uzun yaşuŋ ucı ölüm, āxırı ayrulıq. Yöm virəyim xanum: Ölüm vaqtı gəldügində aru īmāndan ayırmasun, ağ saqallu babaŋ yiri uçmağ olsun; ağ bürçəklü anaŋ yiri behişt olsun...” (Qorqud Ata)


Odgünü 6 Nisan’dan soŋra
2011

Hiç yorum yok:

Yorum Gönder