1.08.2008

Köç Türküsü:



sürülük-sürgünlük


Köç târixi yazıldı aŋdacımıza,
Qurbət izi qazıldı yaddaşımıza
(Sürgün izi qazıldı sin daşımıza!)
Nələr gəldi, nələr dik başımıza!
—Qurdlar-quşlar sürgündə—
Leşcillər qonmuşdur dağ-daşımıza…
(Quzğunlar qonmuşdur dağ-daşımıza…)

.............................. Pərən-pərən, alp-ərən, bəlli olmaz sayımız;
...............................N’edəlim köç dəstanıyla başlar soyumuz!?...
...............................(N’edəlim köç boylarıyla başlar boyumuz!?...)
*

Sibirlərdə bozqırları arşınlayaraq
Yabancı, yabanlı yalquzaq gəzən qurd
Hansı dərədəysən, özgürlüўü, ulamağı unutma!
Doğanı unutma, ayı unutma!
Eli sürüləşdirən qudurmuş köpəklər
Hürsün pişik ikən özünü ‘pars’ sanaraq
Çobana yaltaqlanıb, soyumuzu danaraq
“İt hürər kərvan keçər!” (İt hürər arğış keçər!)
Əlbət bir gün yaz gələr, cəmrə düşər, qış köçər!...
......................................... “El [qışlaqdan] qayıdır obaya
......................................... Çöllər dönmüş ovaya
......................................... Qurdlar dönür yurda-yuvaya!...”

T.Ata


05.02.2007
Qadıköy

Hiç yorum yok:

Yorum Gönder