24.07.2008

KÖLGƏSİNDƏN QAÇAN ADAM

Toğrul ATABAY
(Yurdsuzluq, öykü toplusu II)


Şıdırğı yağış dəftər-dəstəўini yığışdırmağa məcbur etdi. Çizgili kağızlarını, istamp və qələm-dəftərini zipli gön çantasına toparlayıb qatlanan tənəkə masasını xiyavanıŋ qırağındakı qocaman ağaca dayadı. Qovluq çantasından kiçik 57 cığarasını çıxardıb alışdırdı. Yanıqlı-yanıqlı, ovurtlarıyla somurub, qoŋurlaşmış seyrək qaban dişləriniŋ arasından, tüstüdən saralan dən düşmüş dolu bığlarınıŋ altından müşk qoxan havaya ötürdü.

― Qarğış olsun! Cığara paramızı belə qazanmadan süftəmizi korladı.

“Dâdgâh-i İnqilab”ıŋ qarşısı ıssızlaşmışdı. Bugün bundan artıq gündəlik umanmayacağını sezərəkdən yağmuruŋ diŋməsini gözləməўə qoyuldu. Sarsaqca bir şəŋlik sızdı içinə. Əŋ çox sevdiўi və piyesini yazmaqda olduğu el mahnısı –Qaçaq Nəbi– içində çalınmağa başladı. Sağanaq yağış damlalarınıŋ ötüşməsi də qatıldı bu mahnıya:



“Bozat səni sərtövləyə bağlaram

And içirəm, səni məxməl çullaram, ay Bozat, çullaram!

Bozat məni bu da’vadan qurtarsan,

Qızıldan, gümüşdən səni nallaram, ay Bozat, nallaram!

Qoy məŋə desinlər ay nadan Nəbi;

Divanı yerindən oynadan Nəbi!...”

Yağmur şapbadan gürləşdiўi kimi aŋsızın da seyrəldi. Lap kəsilməsini gözləmədən çisək altında yola düşdü. Ucuzlu culuz (nimdaş) pencəўi, bez şalvarı içində biraz üşüdü. Otuzbeş iliŋ çaxraq ködə torpaq kimi olan erkən qırışlarını islatdı yağış. Hər zaman çiskin altında yeriməўi sevərdi. Doğa’nıŋ məhzunluğuyla ortaqlaşır, özdəşləşirdi. Köŋlünüŋ dumanını, beyniniŋ tozunu yuyub götürürdü yağış.

― Ooh! Nə cici bir hava!

Hərzamankı uğrağı olan gələnəksəl quytu (xəlvət) qəfəniŋ öŋünə çatmışdı. İçəri girincə çay qoxusuyla qarışmış meyvə tənbəkili nargilələriŋ ətrindən əsrədi. Buranı uğraq edinən bə’zi tanıdıqlarıyla dilucu əsənləşdi. Öŋünə incəbelli bardaq qoyulurkən bir təkalmalı nargilə istətmə tapşırığını dilə gətirmək istəўi ağzında qurudu. Cəketiniŋ cibindəki qəpik-quruşa əliylə dəўindi. Yağmuruŋ nəşəsi içindən silinmişdi indi. Həməşəki buŋaltı içinə qapandı. Horultuyla içdi çayını. Və yenə yaxdı incəcik 57’sini. Somurdu dostaqlarıŋ nəmi ilə xışıldayan ciўərlərinə.

İrəlidə oturan hamaşlar yenə Dəli İsman’ı lağa qoumuşdular. Bir zaman İsmayıl’ıdı adı. Siyasətiŋ dişli təkərləri arasında xıncıldı. Solçuymuş. Nədir-nədir qəfədə məmləkət gedişətindən xoşlanmadığını dilə gətirmiş, ajitasyon aparmışdı. Bir şırınqanıŋ etkisiylə ağıl dəŋgəsini itirmişdi, daldada deyilənlərə görə...

Adamcağızı səkkiz il öŋcə yıxılan Sovyetlər Birliўi’ni hələ də vardır kimi tə’rifləməsinə dürtükləyirdilər. Onuŋ acıqlanacağını bildikləri üçün çox baş-başa qoymurdular hələ...

Ginə özünü çıxmazıŋ soŋuna çatmış, Mavəzər’iniŋ gülləsi bitmiş durumda buldu. “Qarımış bir anadan başqa nəyiŋ var? Nə edindiŋ bu otuzbeşdə?” Yaŋıdsız soruydu qarşısında. Siyasətiŋ ağır çəkmələri altında əzilib yerə yapışdığını duyumsadı yenə. Ana-bacı tanımayan bu oyunda uduzdu da hər nəmənəsini itirdi bu can qumarında: sevgi, gənclik, ailə, babalıq şansı, diŋgin bir yaşam, var-dövlət, gələcək... Demək hər nəsini...

― “Ax, yeniyetməlik çılğınlığı, dəli daylar kimi âsîlik günləri! Hər eyəlmiŋ, yeŋi olayıŋ, boğuşmanıŋ ardından yüўürüşmələr. Çirkin –bəlkə də yenilgi qonumunda olduğuŋdan dolayı– xoyrat bir çaba. Solçuluq, örgütçülük, partiyaçılıq, səmpatlıq, kadroluq, panкart daşıma, göstəri, eyləm, isyan, bildiri, anarxizm, faşoluq, qarğaşa, qovğa,.. Və soŋunda otuzbeş yaşında ikən əllisində görünən, düzəndən artaqalan bu tortu! O zamanlar öŋ’görmüşdüŋ mü bu günləri? Hər zamankı kimi yozlaşan bir devrim soŋucu öldürülənlər, asılanlar, qurşuna düzülənlər, bir anıŋ acısıyla acı bir aŋı (xâtirə) buraxaraq qurtulub getdilər. Başaranlar qaçdılar. Qalanlar dayandılar; yandılar... Xırtlağıŋa dək gömüldüўüŋ bu bataqda qalıb da yaşamaq, ömür boyu bir abluкada, qıyımda, qısnamada yaşamaq –köpək dirliўi sürmək– artıq uzun sürəli bir can çəkişmədir... Bu da diri qalmanıŋ bədəli! Gedənlər şərəfli getdi; qalanlar isə rəzâlətlə, alçaltmalarla, aşağılanmalarla baş-başa qaldı. Bəlkə də doğruçu olanlar, bu ülküyə gerçəkdən inanmış olanlar elə gedənlər idi. Nə bilim; bəlkə də ‘satqın’lığıŋ bədəli bu...”

İrkildi. Bu qonudan qaçınmaq istəsə də yazdığı səhifələrcə e’tiraflar gəldi gözünüŋ qabağına. “Ama bunuŋ adı ‘satqınlıq’ olanmaz! Zâtən bunsuz da olacaqlar olacaqmış. Bir’taxım yanıq bilgidən nə çıxar ki? Həm də Örgüt özü bu ‘yetki’ni vermişdi...” Acaq özünü suçlayıb yarğılamaqdan qurtulub bir türlü özünü ağlaşdırabilmirdi heç bir zaman. Qəhrəman ilə qarşı’qəhrəman arasında gedib gəlirdi. Duyuncunu tapdalayırdı tapdalayırdı acımasızca, bəlləўindəki aŋılar. Asılanlarıŋ, sürülənləriŋ ləkəri gözü öŋündə: Jandark’lar, Danton’lar, Robespiyer’lər, Sanderz’lər, Si-Ya-U’lar, Çe Quvara’lar... Həftədə bir dönə ‘əməkdaşlıq’ dolayısıyla “ora”ya gedib birzadlar qafadan atmaq məcburiyyətiniŋ acısını da dadımsadı... Ancaq ‘təvvab’lar qədər üzüqara deўildi əŋ azından...

― Dirilik haqqı nə bahaymış, nə baha!

İndiniŋ indisi də anası onu qoltuğunda kitabla görürsə çıldırar, “Yenə o qıldıqsızlarla, ‘kitabsız’larla mı düşüb qalxdıŋ? Bunca bədbəxtlik bəs deўil mi?” deyə keçmişindəki qorxunc, qara günlərdən hürkdüўünü açığa vurardı...

― Nəysə, boş’ver artıq! Qapadağın bu qonunu! Düşünüləsi daha dadlı birzad yox mu?...

İlk –və qavar da biricik– sevgisi də o illərdə pöhrələndi. O da ama siyasət buruqlarında azdı. Bir silahdaş, bir fikirdaş ‘yoldaş’!... Bilimyurdu illərində taxma adı Barış’ıdı o zaman; onunkuysa Saray... Boğulmadı ama Araz’da. Yad biriniŋ həyat ‘yoldaş’ıdır indi. Unudulmadı ama. Hələm ki dip-diri, ding cisminiŋ bütün hücrələriylə duyumsayır. Bütün gənclik duyu və duyğularıyla... Bəlkə də mutludur indi. İllər soŋra Təbriz Terminalı’nda eşiylə qol-qola gördüўündə ayaqlarınıŋ titrəyişi, devrilən bir ağac kimi səndələyişi o an, silinməz əŋ soŋ görüntüydü bəlləўində.

İştə o gedəli hərzad bitdi. Bəlkə də hərzad bitdi-bitəli getdi.

Bir irin çiban kimiydi; düşündükcə deşilirdi. Kim idi qolundakı o yad kimsə? İştə, Devrim’iŋ arıtma (təsfiyə) və ödəşmə (təsviyə) illərində bilimyurdundan atılmasınıŋ bâisi olan xoca! Təbriz Texnik Bilimyurdu’nda Dəmirtökmə Bölümü’nüŋ soŋ sinifində, nədəni bilinməyən bir biçimdə bilimyurdundan atılmasınıŋ sorumlusu oydu quşqusuz. Bundan acınırdı, daha çox.

― Boş’ver! Orospu! Bu da bir tavan! Yağ gələr yağ üstə... Buŋa da dayanar ürək. Bu gön çoox qalındır...

Deyərkən içini bir ilan çaldı.

― Ax bu ürək sancısı! Əməllikdən də keçdi artıq.

Evləriniŋ yanında mətəbbi olan doкtor gəldi ağlına. Oŋa da boş’verdi. Həddən artıq kübarı və ərköyün idi. Telefonla mazaqlaşmaqdan yorulmuşdu, o ürkək, qırpınan ama ərsək qadınla… Doğrudan da sevirdi mi onu?!...

Çay pulunu ödəmədən çıxdı.

― Bayram dayı, yaz hesabıma; xırdam yox.

Yağış bütünüylə kəsilmişdi. Ağaclar, damlar, qaldırımlar sırıl-sıxlam idi. Arı hava içini dirçəltdi. Sarı Gəlin’i çaldırdı beynində. Alçaqdan mırıldandı hətta…

Durub bir qutu papırız aldı.

― Gedib Şəhriyar’dan biraz para borc alsana! Yox ama, hələ bayat borclarını ödəyənmədik. Onda da üzümüz qalmadı. Yoxsa yenə ‘yoldaş’ Rəhim’ə mi üz salağın, ya da o gedə bacım ərinə mi?... Ama anama dünən verdiўim puldan arta’qalan olabilər həlbət… Tu! Dəmirtökmə mühəndisi! Bir tikə çörəўiŋ möhtacı. Hərzadı yağmalanmış, qurumu belə tapdalanmış sıradan bir diləkçə (ərîzə) yazan!...

Yıxmağa çalışdılar onu… Bütün yolları qapatdılar üzünə; ancaq, əkməўini çıxartmağı başardı yenə, qələmlə, xiyavanıŋ qırağında…

Yeməўə göўlü yoxudu. Qərâətxana’ya getməўə qərar verdi. Piyesiŋ soŋ pərdəsini yazacaqdı.

― Yaşar Kamal da, Səməd Behrəngi də ərzəyazanmış bir sürə!– deyə düşündü…

Bu çağsama nisgilindən necə qurtulabiləcəўini düşündü.

― Haydi, gedəўin bu cında şəhərdən. Bu şəhər çıldırdır məni.

Bəlkə qaçmalıymış kifir, kifsəmiş aŋılarıŋ cin kimi yuva saldığı bu yerlərdən. “Handasa zâtən hər yerə getsən göўüŋ rəngi birdir… Solçuluğu buraxdıq. Qızıl İmperiya çökdü-çökəli O taya getdiŋ. Haçandan bəri qızıllarıŋ dinlətdiўi yalanları qavramış, nəfrət yağdırmışdıq və Milli Qurtuluş Hərəkəti’nə qoşulmuşduq. Milliyətçi o dostuŋ evində qonaq qaldıŋ. Orada gəŋəşmən (müşâvir) dərəcsində yeŋi yönədicilərlə paylaşdıŋ görgüləriŋi. Nə oldu soŋu? Bu kəz də utuzduŋ. Qara yaxmalar soŋucu Bəў’iŋ türməsinə düşdüŋ. Pinti-pasaqlı bir qılıqda, alızlanmış kökdə qayıtdıŋ. Yük daşıyan o кamyonçunuŋ ürəўi yanıb gətirməsəydi, maşın kiraŋ belə yoxudu.” Ancaq bir kəz daha qayıtdı oraya, azacıq bir parayla. Bu səfər Özgürlükçülər çökmüşdü. Onbeş gün ac qaldı. Su ilə yaşadı. Cığara kötüўü çəkdi. Və dönər-dönməz Türkiyə’yə doğru yollandı. Qıbrıs’a, Bolğarıstan’a getdi və qayıdınca İstanbul’da çaşıdlıq (câsusluq) suçlamasıyla tutuqlandı. Qurtulunca ölkəyə geri döndü. Və orada da sorğulanıb çıxışyasaq oldu, yenə ‘câsus’ deyə!... Hər zaman UN’ə sığınıb mültəci olaraq ABD’yə vəya Qıbrıs kimi dinc bir yerə gedib də hərzaddan uzaqlaşmağı arzulayardı. Nədən olmasın? İndi də gerçəkləşəbilər bu! Basdıracağı kitablarıŋ satışından əldə edəcəўi qazancla bu pılanı gerçəkləşdirəbilərdi. Uzman desən də əlində uzluğu, peşəsi… Nəşələndi bu düşüncədən. İsticək diŋiz (ârâm) dəŋiziŋ qıyısında günəşlənmək… Dinc, ağlaq (rahat) bir külbədə oturub aŋılarını yazacaq. Əməkli olmuş bir devrimçi, gerillaçı militan kimi… Eygilik (âsûdəlik), arxayınlıq gölünə cumacaqdı. Yaralarını qaplıca suyunda sağaldan bir canavar kimi günəşə sərilib sahiliŋ qumlarına quylanmaq… Ayınmaq (dinlənmək)…

İndi, xızı tükənmiş, bitkin, afarsız, yorğun, didərgin, dincəksiz (hövsələsiz), yaralıydı.

― Devrimi bəkləmədən getməli. Soŋ verməil bu rəzil, təkdüzə dirliўə. Mücadilə belə bitmiş. Yeŋi döўüşən çoyğa (nəsl) bizi düşünmür, aŋlamır. Soŋ olaylarda isə aydın-aşqad qıvız, qılyazdı (xəbərçi), qılovşa deyə damğalamamışdılar mı? Yenə ‘təsfiyə’ illəri kimi, ayaqlı bomba tək, yoluxan alızlıq daşıyıcısı kimi baxılır adama. Keçmişdən dolayı hamı eymənib çəkinir səndən. Qəfəyə belə girgəc siyasi söz-söhbət kəsilir…

●●●

Piyesiniŋ soŋ səhnəsini bitirdi. Düzgüsü bitən şeir toplusunda düzəltmələr apardı. Fotokopiylə olmalıysa da bunları yayımlayacağam deyə düşündü. Basqı iznini almışdı soŋunda, bütün sıxı dəŋətləmələrə qarşılıq.

Yenə getməўə düşürkən bir pitik məktub yazmaq tutqusuna qapıldı.

― Bir ərîzə, bir diləkçə də özümüzə yazağın, nə olar!

İndi getmək üzərəykən artıq bu cəsarətə yiyələnmişdi.

‘O’na səslənən soŋ vidâ sözlərini tökdü kağıza. Özü də əriniŋ aŋlayanmayacağı bir yazı və dildə. Əŋ soŋ ‘e’tiraf’ yazısı olacaq bu! Əŋ soŋ körpünü yıxmaq olacaqdı. Hərzadı aŋlatmalı. Həm də soyuqqanlılıqla. Bu közləriŋ üzərindəki külləri sovurmadan…

Nə qədər çətinsə də yazdı və soŋunda altına bir ad yazaraq qol çəkdi: Barış!

Tamam. Dədədən qalma böyük həyətiŋ bir dangını bacısı ərinə satar Tehran’da iş qurmaq istədiўi bahanasıyla. Borclarını ödəyəcək, bəlkə kitabcıqlarını da basdırıb yayımlayacaq və soŋra… ‘Ama anam? Sıxıntıdan dığlar yəqin. Ancaq onu bacılarımıŋ biri də saxlayabilər’…

― Getməli! Mütləqâ getməli. Bir daha qayıtmamaq üzərə.

Keçmişindən qaçan adam! Kölgəsindən qımılan adam kimi!...

Qaraŋlığıŋ çoxdan çökdüўünü sezdi mi ayağa qalxdı.

― Anamıŋ gözü qapıda, məni gözləməkdə indi. Qayğısından öləcək qarıcığaz! Hələ də məŋə uşaq gözüylə baxır arvad!

Nə qədər də qorxurdu ondan, bu yaşında, qos-qoca bir kişi olmasına baxmayaraq!

Alayı bir qayğı daha damdı içinə: ya çıxışyasaq olmuş isəm, necə?!

Cığarasınıŋ közü qaraŋlıqda ışarırdı. Yeŋi qərarından sevincək idi. Bir çıxış yolu, yeŋi bir dönəmiŋ başlanğıcı olacaq bir dönüş nöqtəsi olabilər bu addım. Bir işi yeŋibaşdan başlamaq, yarımçıq bir işi bitirməkdən, pozuq bir işi oŋarmaqdan daha qolaydır, kəsin.

Nədən –bilmədi– bu kəz rəhmətlik Barış Manço’nuŋ soŋ şərqisi çalındı içində:

‘… Ben nasıl unuturum seni,

can bedenden çıkmayınca?...’

Issız yolaqlarda tutdurdu bu mahnını. Yeŋi doğulmuş bəbək kimi hissedirdi özünü.

Və gecəniŋ ortasında sürünürkən, kölgəsi getdikcə uzanır, uzanırdı ardında…



«… bu yolda dönənlər oldu

mum kimi sönənlar oldu

yar köўsünə baş qoymadan

vurulub düşənlər oldu



bir sən qaldıŋ geridə

ah, artıq gediri hayat

ürəўim aŋlayır səni

artıq susma! yorğun demoкrat!...»



Cəbəçi, Anкara
Mart 2001

Hiç yorum yok:

Yorum Gönder