*
Dəŋiz, bir ana;
Doğmamış boğar
Düşüўü də tapılmaz…
***
Doğa gəlini,
Səni qısırlaşdıran
Hansı anasız?!
***
Başlanğıcda su vardı;
Əriyir buz dağları:
Soŋ Çağ bu (qiyâmət)!
***
Bir ulus doğur;
Sancısı yükü
(Əbəyə deўil) gəbəyə düşər!
***
Döşləri çürümüş dağ
Nə ceyran bəslər (qoynunda)
Nə kəklik, nə av…
***
Qalabalıqlaşan bir “Yer”
Böyüdükcə ər
Taŋrı kiçilər…
***
Çan, baŋ, azan
Budur beyniŋi
Taŋrı’dan yayındıran!...
***
Adı: Güvənlik gücü
Görüncə üzünü
Güvənsiz duyarsan (özünü)!
***
Dəŋiz gəlini
Göў yolçuluğa
Ver dalğaya əlini…
***
Artıq asid yağışla
Qısır torpaqdan
Şüşə göўərir…
***
Hamı donmuşdur:
Bir serçə, bir dal
Daş üstündə bir qartal…
***
Bozqır qarnında sancı
Köçdən qayıdır
Qurdlar sürüsü…
***
Qanovuz çadrasında
Günəş doğuzur
Göўüŋ oğlunu…
***
Ay çörəklənmiş (göў təndirində)
Birazdan Şaman
Oyandırar Doğa’nı…
***
Ay’ıŋ üzü qızarıb
Yerdəkiləriŋ
Üzsüzlüўündən!
***
Şəhəriŋ bütün saatları
irəli-geri
Quşlara sormaq gərək zamanı…
***
T. Ata
Hiç yorum yok:
Yorum Gönder