24.07.2008

qoyun olmuşuq!



qoyun olmuşuq
inanmırsan mı?
qurbanlıq ətimiz paylanır qapı-qapı
şəŋlikdə kəsilirik
yasda kəsilirik
sözdə öz bacağımızdan asılırıq:
Ərəb asqırır başımız kəsilir
Əcəm öskürür dilimiz!…


qoyunlaşmışıq,
yaban qurdu olmaq artıq utandırcı
mədənî, həmil, başıaşağı
dilsiz, quzu-quzu dinc yurddaşlar!
yerləşmişk; sürüləşmişk…

ətimiz yadıŋ
sütümüz tat'ıŋ
tümümüz itiŋ, sürümüz satın!
Taŋrı'nıŋ çobanları bizi tamudan qorusun!
sümüўümüz odun
südüўümüz yetər artıq bizə!...
bəslənmişik, bəklənmişik;
dirimiz sayılar; dərimiz soyular
qısırlaşmışıq;
soyumuzu düzəldəcəўmiş ağalar…

sümüўə çoxdan dayandı bıçaq
ətiacılıq edəbilərəm ancaq;
ətimə yerikləyən qancıq-
öўey ananıŋ ağzında acıq!...

qoyun olmuşuq
inanmırsan mı?
elə ki: mələsək, ətimiz yeyilər!…

Toğrul Ata
10.11.2007
bəўoğlu

___________________
Tat: Əcəm (yaddilli yerləşik topluluq, əcnəbi)
Tamu: cəhənnəm



Hiç yorum yok:

Yorum Gönder