1.05.2010

ALTUNDAĞ

Nədən çəkir yada daşı kimi məni bu dağlar
Bu dağlarıŋ büўüsü mü, ovsunu mu, nəsi var?
Qayaları ürəўindən pıŋarları qan ağlar
Dərəsində dəliləriŋ çığrısı var, nəfəsi var, səsi var!


*
Bizim dağlar bir zamanlar qaçaqlarıŋ (qoçaqlarıŋ) qalası
Dağılmşdır doruğunda qartallarıŋ yuvası
İўidliўiŋ bəŋgüdaşı (giz yaddaşı), hər bir daşı, qayası
Yaddaşında miŋ dəstanıŋ, yaranışıŋ (törəyişiŋ) izi var!
*
“Taŋrı m’öldü” deyə enir dağdan Taŋrı sovçusu
Qırılmış, soyu tükənmiş ovlarıŋ sonuncusu
Ovçu muyam, ov mu, yem mi, yoxsa özü ovçusu
Bəlkə də soŋ qaçaq üçün gizəmli bir pusu var!
*
Bir şamanıŋ ocağı tək, qayınlarıŋ arası
Yalŋız qurduŋ ini, köşkü, basırığı burası
Can çəkişir soŋ axınçı, ölümcüldür yarası
İn ərəni uyumuşdur; yüzillərdə gözü var!...
**


Toğrul Ata
24.12.2002

Hiç yorum yok:

Yorum Gönder