1.05.2010

QURAQLIQ

5-ci quşaq sürgün Güney Azərbaycanlı’ya


Rûhum;
parça-parça, buludlar kimi…
Yurdum,
keşkə keçəbilsəm, dağ kimi sərhədlərindən
və tutuqlanmadan Türküstan’a, üzərindən!
Göўləriŋdə, şaxabilsəydim, dərindən!
Yağabilsəydim,
o qurumuş çatar-çatar çölləriŋə
Keşkə bir də
dönəbilsəm qollarıŋa
və qatılsam qatar-qatar elləriŋə!
sinsi-sinsi, axabilsəm,
dolabilsəm gölləriŋə!...


Susamışam elatıŋıŋ bir ağızlıq-
doğal bal dillərinə!
Anamıŋ ağzında
yorumsuz qalmış yarım bayatı;
Atamıŋ düşündə,
yozumsuz qalmış qarabasan, hayâtı!
Bilmirlər toyumu mu tutsunlar,
yoxsa yasımı;
Sayaçılar 'saya'sı da,
Şamanlarıŋ ‘yada’sı da
Bağaçınıŋ 'büўü'sü də
sındırabilmir bu dilsimi:
Göўərçinə dönüşdürülmüş bir insan!...

Toğrul Ata
12.06.2002

Hiç yorum yok:

Yorum Gönder