14.05.2011

DÜNYA YIXILASI...



(alaylama)


«Dünya tosbağa üzərində bir öküzüŋ boynuzlarınıŋ üstündəymiş...»
Əti qurbanlıq:
Sağçı geriçiləriŋ halal şorbası! Pitisi, tiltəsi...
Erkəksə də sağılıq:
Südü sağıcı emperyalizmiŋ ürətkən sömürgəsi; “salt assı”!*
Kəllə-paçası, “qafatası”:
Soyçu faşistləriŋ qaynayan tası!
“Tənâsül”ü, yumurtası:
Ortalıqda qalan liboşlarıŋ və anarşistləriŋ ortası salatası!
Və terrorçularıŋ, şovenləriŋ, kökdənçiləriŋ baltası: 
Boynuzu, toynağı, tosu*!...
Artısı:
Təzəўi çılpaq xalqlarıŋ; yalıŋ uluslarıŋ payı, tortusu!...
- “Yuxarıdakı uğan* əfəndiniŋ ətâsı!”

Bəs biz aydınlar və seçkinlər nəyik bu qurulu düzən sıra-qatında?
— İştə: Bu qurğu düzəni qabığına yüklənən tosbağa!
Evrəniŋ tosu!*

Və’l-qissə, qissədən hissə:
‘Heyvan’ yerkürəsiniŋ öləşi yerdə qalmış; 
Sizə qurban, bir əl atıŋ; qadası!... 
*

2011 Bir Mayıs’ıŋ Ertəsi

_____________________  
* salt assı: sûd-i xâlis (TT. safi hasıla)
* tos I: alın vəya boynuzla vuruş
* uğan: qâdir
* toynaq: Far. som
* tos II: tosbağa qapı (Far. lâk)

Hiç yorum yok:

Yorum Gönder