29.05.2011

TINCIXAN TİNLƏR


Hər yan göstərilər, göstərgələr, göstərişlər
Hər yön oxlar, çizgilər, imlər
Boş qalıblar, çarpıq biçimlər
Çarpışan yönlər
Çevrə qısır reкlamlar ormanı
Metalik çimlər...

Gecəleyin göўdələnlərdən yüksəklik hürküsü oyanır;
Aslaq körpülər aralıq qorxusu salır.
İnsanlar, deўil içlərindən gəldiўi kimi,
öўrədildiўi kimi göstəriş üzrə davranır.

Öyrəşdikləri çalarda ötən evcil quşlar kimi
birağızdan, təkçalarlı və uyumlu:
köklənmiş, düzgün, uzduyumlu
Qurulu cihazlar kimi taqa-taqa, taq-taq...
Dodaqlara gülümsəmə yamamışlar
Hamı ömürboyu mutlu görünməўə məhkum edilmişdir.
Bağlantı telləri qopuq,
Qullar öz çevrəsinə tikanlı tellər hörür
Kölələr betondan piramidlər qurur...

Torpaq, betonla qısırlaşdırılmış
Çevrə: səs kirliliўi, görüntü çirki, kimya bataqlığı
bilgi çöplüўü içində kifir uyğarlıq,
kifsəmiş qalabalıq
Ortalıq: ‘kütlə’ atıqları...
Qanov damarlarında ağı axır
Tellərdə arxçasıçanları qulaqlarımızı gəmirir
Beynimiz bulaşıq maşınlarında yuyularaq ağ-appağ olmuş!

Hər yan yaşamı кariкatürcə yaŋsıdan aynalarla qaplı
və özəl hərimlər-
sırçadan damlar...

Cam ardında dondurulmuş ruhlar
Yığınlar, çoxqatlı sement sinlərə sinmiş canlı cəndəklər
Təkə-tük dik baş, qalabalıqda tək
Dörd yan eleкtro-meğnatik xəndəklər...

Uyğarlıq canavarınıŋ dışqısı:
Beton, dəmir və plastik çöplüўü şəhərlər
Şişkin uruqlar, yengəc urları
Çoxaldılmış sıradan seri yapaylıq
Ucuz tükədim oburluğu, tez-bəsin:
Ucuz tükənmək...

Çiçəkləriŋ adını bilmədən soluruq
Gerçək meyvələriŋ dadını dilmədən ölürük
Dilsiz teknolojik devlər çağındayıq
İnsanüstü düzənəklər nəzm ilə çalışır
ve nâzim’iŋ qulağını çınladır:
Tü-kət! Tü-kən! Tü-kə!...

Soluğum solmuş!
Torpağı unutmuşam
Torpağa dönmək istəyirəm,
ormana, suya, havaya
əkilmək istəyirəm
dikilmək istəyirəm
dik ölmək istəyirəm...
Dörd unsurumdan iraq-
Tıncıxmaq istəmirəm;
Çürümək istəyirəm!...


5 Nisan ’11

_________________________
Tin: can
Uzduyumlu: uzaqdan duyan
Uruq: şəhər
Yengəc uru: sərətan/кanser qüddəsi
Tez-bəsin: fast-food
Düzənək: mexanizm
Soluq: nəfəs
Ərksiz: ixtiyarsız
Ərkin: âzâdə, hür

2 yorum:

  1. Soluğum solmuş!
    Torpağı unutmuşam
    Torpağa dönmək istəyirəm,
    ormana, suya, havaya
    əkilmək istəyirəm
    dikilmək istəyirəm
    dik ölmək istəyirəm...
    Dörd unsurumdan iraq-
    Tıncıxmaq istəmirəm;
    Çürümək istəyirəm!...

    Son perde şiirin yükseliş nuktası, vede şairin usyankar yüreyi. diline sağlık şair efendi.

    YanıtlaSil
  2. Sağol qağa. Sezən ürəўiŋə sağlıq!

    YanıtlaSil