9.10.2016

Xoca Əbdülqâdir Marağalı’ya mənsub bir əlyazmada (XV y.) Çağatay Türkcəsiylə yazdığı bir qəzəli:

Əbdülqâdir İbn Ğeybi Hâfiz Mərâğî (Marağa: 1360 - Hərat: 1435): dâhi bir musiqi quramçısı, şâir və rəssamdı. Musiqi sahəsində Səfiyəddin Urməvi'niŋ ardçısı idi. Gözəl ud çaldığı da söylənər. Birçox yeŋi təsniflər yaratmışdır. 1353 ilində Güney Azərbaycan’ıŋ Marağa şəhrində doğulmuş olan Əbdülqâdir, 1435 ilində Hərat’da tâun xəstəliўindən ölmüşdür. O, bəzən Təbriz'də Şeyx Üveys'iŋ; bəzən Səmərqənd’də Timuür’üŋ; bəzən Təbriz'də Miran Şah və Xəlil Sultan’ıŋ; bəzən də Hərat’da Şahrux’uŋ sarayında bulunar; ilgi və sayğıyla qarşılanar. 
Məqâsid'ül-Əlhân, Câme'ül-Əlhân, Kənz'ül-Əlhân başda olmaq üzərə çoxlu əsəri vardır. O, eyni zamanda Səfiyəddin Urməvi'niŋ yazdığı Ədvar adlı əsəri də çevirib dilgiləmişdir. 


Ey cân-ı cəhân, bəhr-i səfâ, bizni unutma!
V’ey mâh-cəbîn mehr-liqâ bizni unutma!

Haqdan diləyür cân-ü-köŋül ömrün͡g uza:qı
Virdüm budurur sübh-ü-məsâ: bizni unutma!

Ol dəm ki yüzün͡g bersə —şəhâ— hüsn zəkâtı
Gər bolmaya hâzır bu gədâ, bizni unutma!

Ayrılmadı cânum qılıç ilə eşigün͡gden,
Gər çarx-ı fələk qıldı cüdâ, bizni unutma!

Bardur kərəmüŋden bu qədər bizgə təvəqqu’, 
Gər saldı cüdâ bizni qəzâ, bizni unutma!

Biz ömrüŋi çün dilərüz əz-Haq bə-du’âhâ, 
Sən eyş qıl u rûh-fəzâ, bizni unutma! 

Hicrüg qıladur hər nəfəsi sinəmi məcrûh, 
Bergil bu cərâhətğə dəvâ, bizni unutma!

***
(Xorasan Âsitan-i Qüds-i Rəzəvi yazmalar sandığı)

© Çeviriyazı: Toğrul Atabay
______________________________
* Azərbaycan sâhəsinə âid olduğu üçün, qəzəliŋ yazımında həm Doğu Türkcəsi, həm də Batı Türkcəsi yazıtörəsi özəllikləri görülür: Ŋ üçün həm kef, həm nun-kef; Ə üçün həm he, həm əlif işlədilmişdir.



______
SÖZLÜK:
bəhr-i səfâ = duruluq dəŋizi
bizni = bizi
mâh-cəbîn = ay alınlı
mehr-liqâ = günəş üzlü
virdüm = zikrim, təkrarladığım söz
budurur = budur
sübh-ü-məsâ = səhər-axşam
ol dəm = o zaman ki
yüzün͡g = [səniŋ] üzüŋ
bersə = versə
şəhâ = ey şah 
hüsn zəkâtı = gözəllik zəkatı, gözəlliўiŋiŋ zəkatını
gər bolmaya hazır = əgər orada olmaya
gədâ = yoxsul, dikənçi
eşigün͡gden (eşigündin) = [səniŋ] astanaŋdan
cüdâ = ayrı
bardur = vardır
bizgə = bizə
təvəqqu’ = gözlənti, bəklənti
qəzâ = qədər
çün dilərüz = dilədiўimiz üçün
əz-Haq = Haq’dan
bə-du’âhâ = dualarla
eyş qıl = əўlən
u = və
rûh-fəzâ = ruh artıran, canlılıq verən (sevgili)
hicrüg = [səniŋ] ayrılığıŋ, köçüŋ
qıladur … məcrûh = yaralayar
bergil = vergilən, ver
cərâhətğə = yaraya
dəvâ = dərman





Hiç yorum yok:

Yorum Gönder