27.07.2008

İnqiraz...


Only after the Last Tree has been cut down,
Only after the Last River has been poisoned,
Only after the Last Fish has been caught,
Only then will you find that Money Cannot be Eaten.
Cree Indian Prophecy

*

Ancaq Soŋ Ağac kəsilmiş olduğundan soŋra,
Ancaq Soŋ İrmaq ağulanmış olduğundan soŋra,
Ancaq Soŋ Balıq ovlanmış olduğundan soŋra,
Ancaq onda Paranıŋ Yeyiləsi Olmadığını bulacaqsıŋız!

Qızıldərili Bilgəliўi

Sâib’dən Çevirilər- 1


Sâib Təbrizli (1592/99-1670/76)


BİRDİR…
Xızır suyu, gecəlik çaxır birdir!
Əsrikliklə ölümsüz ömür birdir!
*
Yeўləriŋ gözü köŋlümüz üstədir
Yüz oxçu üçün tuşluq budur, birdir!
*
O yuxulu gözləriniŋ öŋündə
Âşiqiŋ iniltisi, nağıl birdir!
*
Din-küfür pilləsi tərəzi kimi
İki görünər gözü, dili birdir!
*
Miŋ isə də bu bağçanıŋ bülbülü
Hamısınıŋ mahnısı, ‘ir’i birdir!
*
Sınıq qanadlı quş yanında —Sâib—
Qəfəs, bağ, yuva da həryeri birdir!

T.ATA

əsriklik: 'مستی'
tuşluq: nişan (taxtası).
ir: lirik şeir.

Güneyli Şairə: SABAHAT TƏBRİZÇİ

(Sabahat Tabriztchi)












*

“Kağıtla, kalemle geçti günlerim,
Yazdıkça bağrımın ateşini söndürürüm.
Bu serseri bahtımdan, yüz çevirmişim.
Baş taşım defter olsun,
Alnımın yazısını yazan kalemim de
Tabutumun ağacından olsun!...”



Keçənlərdə Türkiyə’niŋ ünlü —özəlliklə Türkbilim alaŋındakı yayınlarıyla bilinən— Sîmurğ yayınlarından Sabahat Tabriztchi’niŋ (S. Təbrizçi) Türkiyə Türkcəsində “Xoşluq-Boşluq” deyə həcmli bir şeir kitabı yayınlandı (Hoşluk ve Boşluk, S. Tabriztchi, 1. basqı, Dimurg yayınları, İstanbul: 2003; 373 s.).

24.07.2008

TÜRKCƏ HAİ-KAİLƏR










*
Dəŋiz, bir ana;
Doğmamış boğar
Düşüўü də tapılmaz…


***

Doğa gəlini,
Səni qısırlaşdıran
Hansı anasız?!

***

Başlanğıcda su vardı;
Əriyir buz dağları:
Soŋ Çağ bu (qiyâmət)!

***

qoyun olmuşuq!



qoyun olmuşuq
inanmırsan mı?
qurbanlıq ətimiz paylanır qapı-qapı
şəŋlikdə kəsilirik
yasda kəsilirik
sözdə öz bacağımızdan asılırıq:
Ərəb asqırır başımız kəsilir
Əcəm öskürür dilimiz!…


KÖLGƏSİNDƏN QAÇAN ADAM

Toğrul ATABAY
(Yurdsuzluq, öykü toplusu II)


Şıdırğı yağış dəftər-dəstəўini yığışdırmağa məcbur etdi. Çizgili kağızlarını, istamp və qələm-dəftərini zipli gön çantasına toparlayıb qatlanan tənəkə masasını xiyavanıŋ qırağındakı qocaman ağaca dayadı. Qovluq çantasından kiçik 57 cığarasını çıxardıb alışdırdı. Yanıqlı-yanıqlı, ovurtlarıyla somurub, qoŋurlaşmış seyrək qaban dişləriniŋ arasından, tüstüdən saralan dən düşmüş dolu bığlarınıŋ altından müşk qoxan havaya ötürdü.

― Qarğış olsun! Cığara paramızı belə qazanmadan süftəmizi korladı.

“Dâdgâh-i İnqilab”ıŋ qarşısı ıssızlaşmışdı. Bugün bundan artıq gündəlik umanmayacağını sezərəkdən yağmuruŋ diŋməsini gözləməўə qoyuldu. Sarsaqca bir şəŋlik sızdı içinə. Əŋ çox sevdiўi və piyesini yazmaqda olduğu el mahnısı –Qaçaq Nəbi– içində çalınmağa başladı. Sağanaq yağış damlalarınıŋ ötüşməsi də qatıldı bu mahnıya:

MANQURD*


I

Ormanlar, dağlar, bozqırlar qəfəsə salınmış Ala Qurd’dan uzaqlaşdılar. Xırçın heyvan zincirlə bağlı ikən qəfəsdə qıvrılaraq vurnuxurdu. Yorulduğunda öfkə ilə, demir çubuqlarıŋ çevrəsini alan tutsaqçı kişilərə baxınırdı. Onlarıŋ gözü maraqla, qorxmaqsızın qıvraq, iri gövdəli ala qurda tikilmişdi.

Kişilərdən biri, cır və buyurucu səslə danışırdı:

― «Siz mənim peşəmi –vəhşi heyvanları həmilləşdirməўi– doğurdan öўrənmək istəyirsiŋizsə, “Ac qarnıŋ inamı omaz!” ilkəsini unutmamalısıŋız. Düşməniŋiziŋ qarnı siziŋ çörək yoluŋuzdur. Hər türlü ötkəmliўi ovmaq, hər inadı sındırmaq üçün əŋ kəsə yol!... Bu ala qurda baxıŋ: şişəўən bir yırtıcı canavardır. Özgürlüўünə güvənir; yürüş gücünə öўünür. Sakı, çox sürmədən dəўişib yumşacıq bir bəbə kimi uysallaşacaqdır!”

O –Aryan Bəў– dişlərini qıcırdıb loğaz üçün qurddan:

― «Görəsən sevgili qonağımız nə kefdə?!» deyə sordu.

Eləbil onuŋ dilini bilir; heyvan da onuŋ dilini aŋlayırdı. Ala Qurd xırıldayıb dar qəfəsdə, zinciriniŋ uzandığı qədər oyan-buyana vurnuxdu. Hürkünc, qorxunc səslər ilə qıvancsızlığını bildirdi. İki ayağı üstə qalxır, az qalırdı məftillər ardından izləyiciləri parçalasın... Bir sürə yad hərifləri hədələdikdən soŋra ağzı köpüklənərək susdu.

MEКSİКA'DA OSMANLI SAAT BURCU





İl 1909. İstanbul'dan miŋələrcə kilometir uzaqlıqdakı Aztəklər'iŋ yurdu, yaxın zamanda çalxantılı bir devrimə səhnə olmuş və ölkə tökülən onca qanıŋ ardından qismən də olsa istiqrarlı bir siyasal düzənə keçmişdir. Emiliano Zapata və Pancho Villa adlı iki xalq qəhramanınıŋ ünləriniŋ yavaş-yavaş yayıldığı bu dönəmdə, Sultan Rəşad Meкsiкa'ya bir səlam göndərmək gərəkdiўini düşünər. Ardından da saraya bağlı mühəndis qrubuna "Meкsiкa xalqı ilə Osmanlı xalqınıŋ dostluğunu simgələyəcək qalıcı bir armağan hazırlamaları" yönündə göstəriş verər. Mühəndislər də bu buyuruq üzərinə, birneçə aylıq bir çalışmanıŋ ardından, çağdaş Osmanlı me’marlığınıŋ əsintilərini daşıyan, əski Türkcə кadranlı və dış üzeyi İzniq çiniləriylə qaplı bir şəhər saatı düzəldərlər.