27.05.2010

Qurd Damı

Diksindirdim, bağışla hürkütdüm bilərəkdən
Uç get türkəsaya azğın quş!
Yaŋlış damıŋ qırnasına qonmuşsan
Bu damı köpəklər, ovçular sarmış...

Yaŋlış duvarda asılı rəsmiŋ
Bu dam çuğullanmış
Bu dam gözaltında!
Bu dam ovsunlanmış...



Köçəri quş,
Pus! Sus!
Bu damıŋ dörd bir yanı quşadılmış
Pusu: Geri götür sovuŋu! Sovuş!
‘Suçüstü’ yaxalanmadan olay yerində, yanmadan…

1.05.2010

ALTUNDAĞ

Nədən çəkir yada daşı kimi məni bu dağlar
Bu dağlarıŋ büўüsü mü, ovsunu mu, nəsi var?
Qayaları ürəўindən pıŋarları qan ağlar
Dərəsində dəliləriŋ çığrısı var, nəfəsi var, səsi var!

QURAQLIQ

5-ci quşaq sürgün Güney Azərbaycanlı’ya


Rûhum;
parça-parça, buludlar kimi…
Yurdum,
keşkə keçəbilsəm, dağ kimi sərhədlərindən
və tutuqlanmadan Türküstan’a, üzərindən!
Göўləriŋdə, şaxabilsəydim, dərindən!
Yağabilsəydim,
o qurumuş çatar-çatar çölləriŋə
Keşkə bir də
dönəbilsəm qollarıŋa
və qatılsam qatar-qatar elləriŋə!
sinsi-sinsi, axabilsəm,
dolabilsəm gölləriŋə!...