30.10.2011

Bir Dönəmiŋ Yaddaşı...

Keçdiўimiz günlərdə (20 Oktiyabr/Əkim günü), 21 Azər çağınıŋ soŋ ərənlərindən birisi, 80'li illərdən bəri Türkcə qəzetçiliўə damğasını vurmuş olan bir usta qələm, Yəhya Şeyda (Təbriz: 1924-2011) ulduzlar dünyasına çəkildi. Mənim yazı yaşamıma başladığım dönəmdə Məhd-i Âzâdî həftəliўində editor işləyən üstada 90'lı illəriŋ ikinci yarısında böyük bir əmək borcluyam. "Qoca adam", özəlliklə də yeŋi quşağıŋ yeŋicil dil aŋlayışını olduqca yeўgörü ilə qarşılayan və Alov kimi şairləriŋ qatı tutucu tutumunuŋ tərsinə dəўişimə açıq duruşuyla gerçək bir ulusal aydıŋ profili çizmişdi. Ulu ozan 60 il əmək ardından 87 yaşında, ardında dəўərli bir ədəbî mîras buraxaraq aramızdan ayrıldı... 

Eyni dönəmi yaşadığımız sevgili qələmdaşım Susən xanım Rəzi'niŋ bu "kültürəl qıtlıq" çağını gözəlcə bətimləyən şeirini paylaşmaq yerində olur deyə düşündüm. Uğurlar Qoca! Sağolluqlar Ecə!...
***
Bu qoşuğu 1376-da (“Məhd-i Azadi” dönəmində) sayın Toğrul Atabay-a yazmışdım və rəhmətli Ustad Şeyda bu qoşuğu “Məhd-i Azadi”-də yaymışdı. Ustad Şeyday-a nur içində yatmasını diləyirəm, Toğrul Atabay-a isə, daha-daha verimli və bərəkətli ömür.

Ay kimi
         Çay kimi
Bir sınıq qələm mənim əlimdə
Bir salxağı sənin əlində;
Gedirik qırıq qoşun kimi
                          Günəşə sarı
                                     Zəfər peşində.

Sən məndən uzaqda.
Mənsə,
Səndən xəbərsiz...
Yalqızlıqdan darılma saxın,
                            Dinmə saxın!
Sözcüklər itik-batıq
Sətirlər sökük-pozuq
Səhifələr qopuq-qopuq olsa da bilə,
Sarsılma saxın,
             Sınma saxın!
Çabalarımız uca,
Baxtımız gödədir... Bilənlər bilir
Nisgilləri doldurma giley piyaləsinə!
Susqun-susqun ışıq saç
                            Ay kimi, yetər.
Ürəyində od daşı, ovcunda sevgi,
Duru-duru çağla və ax
                           Çay kimi, yetər.

[Susən Nəvâdə-i Rəzi]
(Məhd-i Âzâdî: 1997)
http://shokufeh.mihanblog.com/post/282

24.06.2011

“YAPAY SEÇİLİM”


Hava bələş* də yerdə,
ancaq təmiz hava da yüksək məhəllələrdə!
Yetənəklər quraq bataqlıqlarda çürüyür;
ürünsüz otlar çoraqlıqda ürəyir
və bütün uruq*ları alaq kimi bürüyür...

2.06.2011

Ədəbiyyatımızda Yerlilik və Evrənsəllik


http://azyurd.com/news.php?extend.272
80-lərdə roman öldü deyə Batı yasa hazırlanarkən gözbağılayıcı Latın Ameriкalılarıŋ “Büўülü Gerçəkçilik” devi oyandı və yerli kültürüŋ evrənsəlləşməsiylə ədəbiyyata yeŋi bir rəngli dünyanıŋ qalaqapısını açmış oldu.
Mən həmişə Güney Azərbaycan’da gəlişən çağdaş ədəbiyyatıŋ birçox açıdan Güney Ameriкa yaradıcılığıyla bağdaşdığını düşünmüşəm: Şamanist kültürüŋ təzâhürləri, əski-yeŋi qatışımı, dəb-gələnək calaşması, güclü yerli kültür və sözlü-mitolojik zəmin, kültürlərarasılıq, bilinc qopuqluğu və sürəkli sorunluluq, sömürgəçilik, ülküsəl devrimçilik, doğaçılıq və yersəllik vb. 
Soŋ dönəmdə yerli ədəbiyyatımızıŋ baramasını yırtma çabalarına tanıqkən bu sorulara yanıd aramamız gərəkdiўini düşündüm:
Ədəbiyyatımız yerlilik sınırlarını haçan və necə aşabiləcək? Toplu bilinciŋ oluşmuş olmasına qarşın hələ də bildiklərimizi özümüz deyib özümüz mü eşidəcəўik?
Bizim dünyaya söyləyəcəўimiz nə var? Bunuŋ bilincindəyik mi?
Adı kimi ərəmik Əcəm yazını kimi bizim yazın da mı ‘rəsmi’ sınırlar içində qalacaq?!...

29.05.2011

TINCIXAN TİNLƏR


Hər yan göstərilər, göstərgələr, göstərişlər
Hər yön oxlar, çizgilər, imlər
Boş qalıblar, çarpıq biçimlər
Çarpışan yönlər
Çevrə qısır reкlamlar ormanı
Metalik çimlər...

Gecəleyin göўdələnlərdən yüksəklik hürküsü oyanır;
Aslaq körpülər aralıq qorxusu salır.
İnsanlar, deўil içlərindən gəldiўi kimi,
öўrədildiўi kimi göstəriş üzrə davranır.

14.05.2011

DÜNYA YIXILASI...



(alaylama)


«Dünya tosbağa üzərində bir öküzüŋ boynuzlarınıŋ üstündəymiş...»
Əti qurbanlıq:
Sağçı geriçiləriŋ halal şorbası! Pitisi, tiltəsi...
Erkəksə də sağılıq:
Südü sağıcı emperyalizmiŋ ürətkən sömürgəsi; “salt assı”!*

NAĞIL ADAM


(Çağdaş Bir Şamansı Yoğ)

«Qırx gün, qırx gecə keçdi...»
Qamtörə’yə görə özqonuğuŋ (ruh) 7 kipiniŋ 6-ci biçimi ‘sünə’, ölümdən qırx gün soŋrakı tözsüz (cismsiz) ara biçimidir. 40 gün (bütünlük simgəsi, çilə) bitincə “özüt” biçiminə dönüşərək uçmağa varır, qutsal döngü soŋucu ilk kipi olan “qut” (Evrənsəl Öz) bütününə qovuşur...
«Qanı (hanı) didügüm bəg ərənlər
Dünya mənüm diyənlər?
Əcəl aldı, yir gizlədi
Fānī dünya kimə qaldı?
Gəlimlü gidimlü dünya
Soŋ ucı ölümlü dünya!...»
— Qorqud Ata


İlkçağ’da nağıl-ayin yaşam ağacından törənmiş Yaşıl Ada-m!
Nağıllar Çağı çoxdandır qapanmış:
Sən bu qarğın çağıŋ adamı deўildiŋ;
Köksündə köçürdüўüŋ nağıllar ölkəsinə çəkildiŋ...
Aŋsızın göўüŋ köksündə bir ulduz kimi əskildiŋ...
Nağıl adam!
Sənsiz bu yalan dünya necə də yalıŋ qalacaq!
Sənsiz bu Qaraŋlıq Dünya’ya
bu issiz Yer’ə necə də yadam!

27.01.2011

"dişi mesih"


kar yağıyor
sen yoksun
yağmur yağıyor
sen yoksun
güneş doğuyor
hele doğmamışsın...
kıtlıkta ve bollukta
varolan yokluğundur!
hani kendim bilineyim diye
ve yalnızlıktan kurtulmak için yaratmıştım seni?!
ne tutarsızdı enelhak deyişim
koptuğuŋda, kıyamet kopacak
dişi mesih
mucizem seni kayıp etmekti
işte tılsımını senden esinlenen unutkan tanrı...
*

T.Ata
18 Ar '10