24.06.2011

“YAPAY SEÇİLİM”


Hava bələş* də yerdə,
ancaq təmiz hava da yüksək məhəllələrdə!
Yetənəklər quraq bataqlıqlarda çürüyür;
ürünsüz otlar çoraqlıqda ürəyir
və bütün uruq*ları alaq kimi bürüyür...

Əўərinə (yəhərinə) əўri oturmuş doğru bəў!
Haraya bu tərs gediş?!
Daşdöşəməli qaldırımlarda özgünsoylu süslü köpəklər
yüksəktopuqlu yiyəcə*ləriniŋ kəmsiўiylə san gedir.
Qarnı quruldayan yalquzaq qurdsan 
bu yüksək qaldırımlardan-
qurumlu-qurumlu keçərkən...


Ötükən ormanları kürəklə kəsildi
Atlarımızı itlərə yedirdilər.
Alplıq, ərənlik, axılıq* çağı qapandı...
Adları ‘it dəftəri’ndə bulunmayan-
Bir ovuc İn Ərənləri: Köŋül Əri! Köhül Əri! 
Bu axçalar keçərsiz bu çağda!
Axça mı qaldı artıq, ötərliksiz*! ‘Кredi’siz!
Bu dəўərlər çağdışı; 
Dağlara dön Az-ər-düş!...

Din yenə hər onildə bir tinlənir;
Taŋrı’nıŋ çoban elçiləri sürüləri cənnət bağçasında otladır
Cinlər Soŋçağ uğruna xortlayır...
Qaraŋlıq dünyada Bilim kimi aydıŋladır?
Televizyonlar ayı oynadır:
Kültür “bip”... Fuck your “bip”...
Becərilmiş biclər hey at oynadır
Becəriksiz giclər həyat yönədir...
Evrim tərsləyir
Devrim, qarşıdını doğurur və balalarını yeyir...
Tıraşlı piçin*lər üst qatlarda oturur.
Heyvan haqları səni içərmir heyvan bala!
Darwin əmi saptamadı mı?
Bütün heyvanlarda ayrımçılıq var.
Canlı və aŋlı doğmaq deўil; şanlı və şanslı doğmaqdır ayrıcalıq! 

Kürəsəlləşən kimliksizlik 
Кopyalanan yığınlar
Geŋəlev kimi geŋəlağ* bilgi torunda
İştə: “Yeŋi Dünya Düzənsizliўi”!

Bu qumsal şəxsî mülkdür, 
Bu adada gizəm qalmadı artıq
Bu dəŋiz satılıq,
Get öz çayında boğul-
Sevgili Qara Balıq!... 

Nişantaşı
23 Haziran 2011

________________________________
* Yapay Seçilim: Evrim Quramı (Theory of Evolution)’ndakı Doğal Seçilim (Natural Selection) eyiminə göndərməcə
* bələş: müftə
* uruq: şəhər
* yiyəcə < yiyə ecə: sâhibə (xanımyiyə)
* axılıq: fütüvvət, cömərdlik
* ötərliksiz: etibarsız
* piçin: meymun
* geŋəlağ: internet

Hiç yorum yok:

Yorum Gönder