13.08.2008

N'eylərsən?

od çənbəri daralmış,
dörd yanı yağı almış;
iştə, tək qurşun qalmış;
n’eylərsən?!

bütün yollar kəsilmiş,
qala yeŋilmiş; yurd da, qurd da basılmış,
carçı yahı asılmış;
n’eylərsən?!

qaraŋlıqlar bulaşmış
sel —daşmış— başdan aşmış
səni satan; yoldaşmış;
n’eylərsən?!

soŋ gülləm;
ya qapılmaq, ya qıyınmaq ya ölüm!
qollarım yanımda deўilsə; n’eyl’im?
n’eylərsən?!...


26 Haziran ’04
cəvizlibağ

Hiç yorum yok:

Yorum Gönder